PDF Oxu

Siyasət

  • 1 255

Azərbaycan və BMT Çərçivə proqramı üzrə gələcək əməkdaşlığı müzakirə ediblər

image

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç 2026-2030-cu illər üçün yeni Əməkdaşlıq üzrə Çərçivə Proqramı üzrə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.SİA xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi "X" sosial şəbəkəsində məlumat yayıb.Görüş zamanı yeni Əməkdaşlıq Çərçivə Proqramı (2026-2030) üzrə tərəfdaşlığın daha da inkişaf etdirilməsi və Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyinə dair müzakirələr aparılıb."Azərbaycandakı bütün BMT komandası Azərbaycanın davamlı inkişaf sahəsində milli prioritetlərini dəstəkləməyə tam sadiqdir", - məlumatda bildirilib.

Digər xəbərlər