Naxçıvan Ali Məclisinin yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb. Belə ki, yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 2 fevral tarixində keçiriləcək ilk iclasının gündəliyi müəyyənləşib.
Gündəliyə üç məsələ daxil edilib. Belə ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyası üzrə qanunvericilik işləri planının təsdiqi müzakirə olunacaq. Eyni zamanda, Ali Məclisin Hesablayıcı və İntizam komissiyalarının yaradılması məsələlərinə baxılacaq.
Mətləb