PDF Oxu

Siyasət

  • 792

Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi - ŞƏRH

image

Müasir Azərbaycan dövlətinin yaradılması, müstəqilliyin qorunub saxlanılması, milli dövlətçilik ənənələrinin bərpa edilməsi Ümummilli Liderimizin XX əsrdə xalqımız qarşısında misilsiz xidmətidir. Ulu Öndər bu missiyanı yerinə yetirərkən vahid qüvvə kimi tükənməz məhəbbətlə xalqa arxalanmışdır. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev lideri olduğu partiyanın sıralarında olmağı milli dövlətçiliyə xidmət etməyin nümunəsi sayırdı: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.Hər bir xalqın tarixində onun taleyini dəyişən, gələcəyini quran dahi şəxsiyyətlər olur. Azərbaycan xalqı üçün bu dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevdir. Bu gün biz Ulu Öndərin irsindən danışarkən, əslində müasir Azərbaycanın uğur hekayəsindən danışırıq.

Ulu Öndər hər zaman deyirdi ki, "Azərbaycanın gələcəyi gənclərin əlindədir". O, bizə sadəcə azad bir dövlət deyil, həm də bu dövləti necə qorumağın yolunu miras qoyub.Ulu Öndər Heydər Əliyev bilirdi ki, güclü dövlət yalnız savadlı gəncliklə mümkündür. Minlərlə gəncin xaricdə təhsil almasına şərait yaratmaqla, o, gələcəyin kadr bankını qurdu.Onun həyat yolu bizə sübut edir ki, böyük hədəflərə çatmaq üçün iradəli olmaq və dövlətə sədaqətlə xidmət etmək lazımdır.Bu gün Heydər Əliyev yolu özünün ən parlaq dövrünü yaşayır. Bu yolun davamçısı olan Cənab Prezident İlham Əliyevin rəhbərliyi və gənclərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Bu Zəfər, məhz Ulu Öndərin illər öncə uzaq görən siyasətinin nəticəsidir.

Bu gün ölkəmizdə partiya gəncləşir, nəsillər arasında əlaqə saxlanılmaqla, keçmişə hörmət, gələcəyə inam şəraitində minlərlə üzvümüz, təəssübkeşimiz Heydər Əliyev ideyasının, ideologiyasının real olaraq həyata keçirilməsində yaxından iştirak edir.

Biz hər birimiz fəxr edə bilərik ki, uzaq 1992-ci ilin soyuq qış günündə Heydər Əliyevin yaratdığı təşkilat bu illər ərzində öz tarixi missiyasını uğurla həyata keçirə bilmiş, ölkənin ağır və məsuliyyətli dövrlərində siyasi iradə, inam və qətiyyət nümayiş etdirmişdir.

Nicat Ələkbərov

YAP Şahbuz rayon təşkilatının sədr müavini

Digər xəbərlər