“2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə” Lənkəran Olimpiya İdman Kompleksində “Gəncliyin işığı, sabaha inam” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin oxunması və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxış edib:- 1996-cı il fevralın 2-də ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan olundu. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır.
Daha sonra: ”Regionumuzda keçən müddət ərzində fəal gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında iştirakı, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb”- deyən idarə rəisi onu da xüsusi olaraq vurğulayıb ki, hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanınfəaliyyəti ürək sevindirir. Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinin, tarixinin və ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır.
Tədbir gənclərin maraqlı çıxışları ilə çay süfrəsi arxasında davam edib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü