PDF Oxu

Siyasət

  • 699

Azərbaycan gəncliyi - ŞƏRH

image

“ Gənclərimizin qarşısında xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur”.

Ümummilli liderimiz Heydər Əliyevin bu kəlamları ölkəmizdə gənclərin qarşısına qoyulan ən şərfli vəzifələrdəndir.

Gənclik, onun problemləri və qayğıları,gənclər siyasəti ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində xüsusi yer tutmuşdur. Ulu öndərimiz hələ 1970-1980-cı illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Azərbaycan gənclərinə böyük diqqət və qayğı göstərmiş, Azərbaycan gəncliyinə böyük inam və sevgi ilə yanaşaraq gənclərin cəmiyyətdəki rolunu, onların bu gün və gələcək üçün böyük qüvvə olduqlarını həmişə qiymətləndirmiş, yüksək elmi biliklərə yiyələnən gənclər ordusunun yaradılmasına səy göstərmişdir.Bu faktı qeyd edim, ki həmin dövrdə 15 mindən artıq gənc SSRİ-nin 1710-dan çox nüfuzlu ali məktəblərində 250-dən çox ixtisas üzrə ali təhsil almışlar. Yüksək mütəxəssis kimi yetişmiş həmin gənclər indi müxtəlif sahələrdə müvəffəqiyyətlə çalışaraq müstəqil Azərbaycana xidmət göstərirlər.

Lakin müstəqilliyimizin ilk illərində gənclərimiz xaos və anarxiya girdabına yuvarlanmışdır.

1993-cü ilin 15 iyununda ölkəmizin ən yeni tarixinin çox mürəkkəb dövründə ulu öndərimiz Heydər Əliyevin II dəfə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də dönüşün yaranmasına, dövlətin gənclərlə əlaqədar siyasətinin formalaşdırılmasına səbəb olmuşdur. Ölkəmidə gəncliyin yenidən təşkilatlanması, gənclər hərəkatının vahid mərkəzdən idarə olunması məqsədi ilə ümummilli liderimiz Heydər Əliyev 1994- cü il iyulun 26- da Gənclər və İdman Nzirliyinin yaradılması barədə fərman imzaladı. 1996-cı il fevralın 2- də isə ilk dəfə Gənclər formu keçirilmişdir. Ulu öndərimiz hər il fevral ayının 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması haqqında sərəncam imzaladı. I forumdakı nitqində dahi rəhbərimiz Heydər Əliyev deyrdi: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünün həyat və fəaliyyətinə baçlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir...”.

1999- cu ilin mart ayının 2-3- də Gənclərin II Ümumrespublika forumu keçirildi. Forumda YAP-ın Sədri, ulu öndərimiz Heydər Əliyevin məruzəsindənirəli gələn vəzifələr gənclərin fəaliyyət proqramına çevrildi.

Gənclərimizin sevimlisi Prezidentimiz İlahm Əliyevin ölkə idmanına göstərdiyi qayğı və nümayiş etdirdiyi əzmkarlıq, xalqımızın bütün təbəqələrinin, xüsusi ilə də gənclərin sağlamlığının qorunması dövlət siyasətinin tərkib hissəsinə çebvrilmişdir. Bütün regionlarda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikilib istifadəyə verilməsi hər bir Azərbaycan gəncində qürur hissi doğurur.

Gənclər vətənpərvərliyi, əbədi rəhbərimiz Heydər Əliyevin siyasi kursuna sədaqətli olmaları ilə fərqlənirlər.Gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Gənclər yüksək enerjiyə, biliyə, böyük potensiala malikdirlər.

Ulu öndərimiz Heydər Əliyev demişdir: “İndi partiyada olan gənclər, bundan sonra da gələcək gənclər bizim gələcək nəsillərimizdir”.

1999-cu ilin iyunun 26-da “Dövlət Gənclər Siyasəti haqqında” fərman məhz Heydər Əliyev tərəfindən imzalandı, 2002-ci ildə “ Gənclər Siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

YAP-ın Sədri, cənab Prezidentimiz İlham Əliyev gənclərimizin hərtərəfli inkişafı, onların intelektual səviyyəsinin yüksəlməsi üçün mühüm tədbirlər həyata keçirir. 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqrami”nın təsdiq edilməsi, 2007-ci ildə “Gənclər ili” elan olunması gönclərə göstərilən qayğının nümunəsidir.

Cənab Prezidentimiz İlham Əliyevin 07 iyul 2011-ci il tarixində imzaladığı “ Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” nın təsdiq edilməsi haqqında sərəncamı xüsusi əhəmiyyət kəsb etmiş və gənclərimizin problemlərinin həllinə yeni üfüqlər açmışdır. Gənclərin hərtərəfli inkişafı üçün 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldı. Ölkəmizdə ilk dəfə “ Prezident Mükafatı” təsis olundu.

Bu gün gənclərə göstəriləmn diqqət və qayğı YAP- ın Sədri, ölkə Prezidenti İlham Əliyevin prinsipial rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ölkəmizdə gənclər müxtəlif dövlət orqanlarında, icra strukturlarında geniş təmsil olunur, özəl sahələrdə, elm, təhsil, mədəniyyət, səhiyyə, xidmət sahələrində çalışır, sahibkarlıqla, fərdi təsərrüfatla məşğul olurlar.

Gənclərimiz Prezidentimiz İlham Əliyevin qəbul etdiyi fərman, qərar və sərəncamları layiqincə yerinə yetirirlər.

Ümummilli liderimiz Heydər Əliyev 1992-ci il YAP-ın təsis konfransındakı çıxışında gənclərlə iş məsələsi üzərində xüsusi dayanmış, partiyanın bu sahədəki görəcəyi işlər müəyyənləşdirilmişdir. Ulu öndərimiz 1993-cü ildə Milli Məclisdə gənclərlə keçirdiyi görüşdə tövsiyyələr vermiş, gənclərlə işin səmərəliliyini artırmaq, gənləri YAP sıralarına cəlb etmək məsələlərinə xüsusi diqqət göstərmişdir.

YAP, onun Gənclər Birliyi müstəqil ölkəmizdə gənclərlə işə xüsusi önəm göstərir. Bu gün YAP siyasətçilərin yeni nəslinin yetişdirilməsi məktəbinə çevrilmiş, onlar dövlətimizin idarə sistemində layiqincə təmsil olunurlar.

2 fevral 1998-ci ildə YAP Gənclər Birliyinin ümumrespublika forumu keçirilmiş, YAP-ın Sədri, ulu öndər Heydər Əliyevin forumdakı nitqindən irəli gələn vəzifələr Gənclər Birliyinin fəaliyyət proqramının əsasını təşkil etmişdir. 2 iyun 2005-ci ildə YAP Gənclər Birliyinin II konfransı keçirilmiş, birliyin vəzifələri müəyyənləşdirilmişdir.

Gənclərimiz partiyamızın və dövlətimizin gənclər qarşısında qoyduğu vəzifələri yerinə yetirməyə çalışırlar. Gənclərimiz ölkəmizdə keçirilən müxtəlif idman yarışlarında, “Xəmsə” festifallarında, intelektual oyunlarda fəal iştirak edir. Tarixi abidələrimiz müntəzəm ziyarət edilir.

1993-cü il 7 fevralda YAP Culfa rayon təşkilatının I təsis konfransında ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan öz müstəqilliyini möhkəmlətməklə yanaşı müharibədən də çıxmalı, necə olursa olun torpaqlarımız geri qaytarılmalıdır”.

Bu gün fəxrlə, qürurla qeyd edirik, ki ulu öndərimizin 27 il öncə söylədiyi uzaqgörən siyasəti, ideyaları, arzuları 2020-ci ilin sentyabr- noyabr aylarında yerinə yetirildi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müdrik rəhbərliyi altında əsgər və zabitlərimizin, gənclərimizin göstərdiyi igidliyi sayəsində 44 günlük Vətən müharibəsində, anti-terror əməliyyatlarında Zəfər qazanılmaqla şanlı tarix yazıldı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olundu.

Ümummilli liderin quruculuq irsini gələcək yüz illiklərə aparan Azərbaycan gəncləri olacaqlar. Gənclər bundan sonra da Heydər Əliyevin ideyalarına sadiq qalaraq öz üzərlərinə düşən vəzifə və borclarını şərəflə yerinə yetirəcəklər.

Qadir İbrahimov

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri

Digər xəbərlər