PDF Oxu

Siyasət

  • 460

Beyləqanda Gənclər Günü münasibətilə tədbir keçirildi FOTOLAR

image

02 fevral 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Beyləqan rayon Heydər Əliyev Mərkəzində tədbir keçirdi. Tədbir iştirakçıları öncə müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

Gənclər günü ilə əlaqədar keçirilən tədbirdə dövlət himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş etdirilmişdir. Tədbirdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək gənclər günü münasibətilə Beyləqan gənclərini təbrik etmiş, Azərbaycanın çiçəklənməsi naminə onlara gələcək işlərində müvəffəqiyyətlər arzulamış, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən məlumat verərək, Azərbaycan gəncliyinin Vətən müharibəsi zamanı fəaliyyətini yüksək qiymətləndirdi.

Çıxış edən partiya fəallarından Elnur Mahmudov, Qiyas Məmmədli, Vəfa Zamanova və Elçin Məmmədov müstəqil Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğundan ətraflı məlumat verdilər. Çıxışlarda bir daha vurğulandı ki, dövlətimizin gənclərin inkişafı üçün yaratdığı geniş imkanlar nəticəsində əldə olunan bütün uğurlar məhz ölkə Prezidenti cənab İlham Əliyevin misilsiz xidmətləri sayəsində əldə edilmişdir.

Tədbirdə YAP Beyləqan rayon təşkilatının sosial şəbəkələrində fəal iştirak edən bir qrup gəncinə fəxri fərman və partiyaya yeni üzv qəbul olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim edilmişdir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilmişdir.

Digər xəbərlər