02 fevral 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Rafiq Alıcanov 14”, “Rafiq Alcanov küçəsi 18”, “Rafiq Alıcanov 8A”, “Şıxəli Qurbanov küçəsi 19”, “Heydər Əliyev porspketi 4”, “Rafiq Alıcanov 7” və “Qırılı kənd” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 2 Fevral – Gənclər Gününə həsr edilmiş “Gənclərə diqqət və qayğı dövlət siyasətinin mərkəzindədir” adlı tədbir keçirilib. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan “Rafiq Alıcanov 14” Ərazi Partiya Təşkilatının sədri Vüqar Tağıyev bildirib ki, Azərbaycan gəncləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsinin, diqqət və qayğısının təcəssümü olan 2 fevral-Gənclər Gününü qalib, bütövləşən Azərbaycanın qürurlu vətəndaşları kimi böyük sevinc hissi ilə qeyd edirlər.
Tədbirdə çıxış edən digər natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov, Rafiq Alıcanov 14” Ərazi Partiya Təşkilatının fəal üzvü Elxan Bayramov, “Şıxəli Qurbanov küçəsi 19” Ərazi Partiya Təşkilatının fəal üzvü Uday Mustafazadə və “Rafiq Alcanov küçəsi 18” Ərazi Partiya Təşkilatının sədri Məhbubə Məmmədova bildiriblər ki, Azərbaycan gəncliyi ilə qürur duyuruq. Onların malik olduqları potensialdan Azərbaycanın bu günü və gələcəyi üçün səmərəli istifadə etmələri uğurlu nəticələrini verir. Gənclərin ictimai-siyasi fəallığı yüksək səviyyədədir. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasının sıralarında da gənclər böyük çoxluq təşkil edirlər. YAP gənclərin siyasi fəallığına xüsusi diqqət göstərir. Ümummilli Lider Heydər Əliyevin “Gənclər bizim gələcəyimizdir” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur.