2026-cı il 5-9 fevral tarixlərində gözlənilən yağıntı və temperatur dəyişiklikləri ilə əlaqədar Daşkənd vilayətinin dağlıq ərazilərində və Özbəkistanın digər beş bölgəsində uçqun təhlükəsi elan edilib.Bu barədə Özbəkistanın Özhidromet agentlyi məlumat verib. Məlumatda bilirilir ki, aşağıda adları qeyd olunan bölglərdə vəziyyət daha ağır ola bilər:
• Kəşkədərya bölgəsi: Dehkanabad, Kitab, Kamashinski və Şəhrisəbz rayonları;
• Surxandərya bölgəsi: Baysun, Kumkurqan, Saryasi və Uzun rayonları;
• Səmərqənd bölgəsi: Nurobod, Kuşrabat, Səmərqənd və Urgut rayonları;
• Cizzax bölgəsi: Baxmal və Zamin rayonları;
• Daşkənd bölgəsində: Bostanlıq, Parkent və Axanqaran rayonlarında (Çatkal dağ silsiləsi);
• Namanqan bölgəsində: Pap rayonunda.
Hökumət dağlıq ərazilərdə yaşayan sakinlərə, eləcə də tətil edənlərə və sürücülərə ehtiyat tədbirləri görülməsi tövsiyə olunur.
İlham