04.02.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatlarında hesabat yığıncaqları keçirilib. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ərazi partiya təşkilatlarında gündəlikdə olan məsələlər ərazi partiya təşkilatlarının 2025-ci il üçün hesabatı və 2026-cı il üçün Tədbirlər planının təsdiq edilməsi olmuşdur. Ərazi partiya təşkilat sədrlərinin hesabat dövrü ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndiriblər.
Hesabat yığıncağında çıxış edənlər Yeni Azərbaycan Partiyasının öz fəaliyyəti ilə məhz müstəqil Azərbaycanı zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu sübuta yetirdiyini qeyd ediblər. Sonra YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev çıxış edərək qeyd etdi ki, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında yüksək fəallıq göstərməklə ümumxalq partiyasına çevrilmişdir.
O, daha sonra qeyd etdi ki, bu gün də Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini təşkil edir. Hazırda isə Ulu Öndər Heydər Əliyevin siyasi kursu Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Sonda YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev ərazi partiya təşkilatlarının işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.