PDF Oxu

Siyasət

  • 488

Özbəkistan Rusiyanı qınadı - FOTO

image

Özbəkistan hakimiyyəti Rusiyanı miqrasiya yoxlamaları zamanı vətəndaşlarının hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Özbəkistan Xarici İşlər Nazirliyin açıqlamasında deyilir: "Özbəkistan tərəfi miqrasiya yoxlamaları və reydləri zamanı həm qanuna tabe olan şəxslərin, həm də miqrasiya qanunlarını pozanların da daxil olmaqla, Özbəkistan Respublikası vətəndaşlarının hüquqlarının və insan ləyaqətinin hər hansı bir şəkildə pozulmasının qarşısının alınmasının fundamental əhəmiyyətini xüsusilə vurğulayıb".

Ötən yay Özbəkistan Rusiyada icazəsiz yoxlamalar və vətəndaşlarına qarşı hörmətsiz və kobud rəftar barədə məlumatlardan narahatlığını bildirib. Daşkənd bütün vətəndaşlar üçün beynəlxalq hüquq və insan hüquqları standartlarına riayət etməyə çağırıb.

Daha sonra Özbəkistan səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə Moskvadakı vəziyyətin aydınlaşdırılmasını tələb edən nota göndərib. Aksiyaya səbəb Sokolniki rayonunda aparılan yoxlama barədə məlumatlar olub. Özbəkistan tərəfinin məlumatına görə, bu yoxlama zamanı çevik polis qüvvələri Rusiyada müvəqqəti işləyən əcnəbi vətəndaşlara qarşı fiziki güc tətbiq edib.

Rusiya Xarici İşlər Nazirliyi notada olan məlumatları diqqətlə araşdırdığını bildirib. Nazirliyin sözçüsü Mariya Zaxarova vurğulayıb ki, Rusiya ilə Özbəkistan arasındakı münasibətlər müttəfiqlik və hərtərəfli strateji tərəfdaşlıqla xarakterizə olunur və Moskva bütün ikitərəfli məsələlərə məhz bu baxımdan yanaşır.

Bundan əvvəl, may ayında Rusiya səfiri Özbəkistan Xarici İşlər Nazirliyinə çağırılmış və miqrant işçilərə qarşı zorakılıq halları barədə məlumatlar ona çatdırılmışdı.

2025-ci ilin avqust ayında Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev özbək həmkarı Əziz Taşpulatovla sentyabr ayında qüvvəyə minən miqrantlar üçün yeni qaydaları müzakirə etmişdi. Bu qaydalar xarici vətəndaşların 10 sentyabr tarixinə qədər iş statuslarını tənzimləmələrini və ya Rusiyanı tərk etmələrini tələb edirdi. Kolokoltsev o zaman Rusiya hakimiyyətinin miqrasiya sahəsində qayda-qanunun yaradılmasına xüsusi diqqət yetirdiyini vurğulamışdı. Bu tədbirlərin bir hissəsi olaraq, aprel ayında Daxili İşlər Nazirliyinin tərkibində Xarici Vətəndaşların Vətəndaşlıq və Qeydiyyat Xidməti yaradılmışdır.

İlham

Digər xəbərlər