PDF Oxu

Siyasət

  • 1 245

Çin ilə tərəfdaşlığın dərinləşdirilməsi vacibdir - Ceyhun Bayramov

image

Çin ilə hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən biridir.SİA xəbər verir ki, bu fikri xarici işlər naziri Ceyhun Bayramov Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzetinə müsahibəsində deyib. Çinə səfəri zamanı qəzetin əməkdaşlarına müsahibə verən C.Bayramov Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərindən, siyasi, iqtisadi-ticari, yaşıl enerji, nəqliyyat-logistika sahəsində əməkdaşlıqdan danışıb.Ceyhun Bayramov Cənubi Qafqazda sülh quruculuğundan, Orta Dəhliz və perspektivdə Zəngəzur dəhlizinin beynəlxalq yükdaşımalarda artan rolundan, beynəlxalq və regional platformalarda, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıqdan da söz açıb.

Digər xəbərlər