Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə səfərindən silsilə materiallar yayıb.SİA xəbər verir ki, Gürcüstanda Azərbaycan dilində nəşr olunan yeganə dövlət qəzeti olan “Gürcüstan” qəzetində, 1tv.ge, “qafqazturk.com”, “radiotavisupleba.ge” portallarında, “1.tv” televiziya kanalında Azərbaycan Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimiində iştirakı, eləcə də səfər çərçivəsində keçirdiyi görüşlərdən silsilə informasiyalar yayıblar.