PDF Oxu

Siyasət

  • 732

“ Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” ŞƏRH

image

Fevralın 5-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Gənclər həftəsi” çərçivəsində keçirilən foruma “Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı başlıq seçilmişdi. Təşkilatçısı Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, tərəfdaşı isə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi olan tədbir Lənkəranda ilk təşkil edilən Gənclər Forumunun 30 illiyi münasibətilə bağlı idi.

Tədbirdə çıxış edən Lənkəran ŞİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran ŞİH yanında İctimai Şuranın sədri, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev, Ağsaqqallar Şurasının Lənkəran şöbəsinin sədr müavini Güloğlan Bağırov və digərləri bildirdilər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə işgüzar fəaliyyət göstərməklə özlərini doğruldurlar.

Gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi hər bir dövlətin milli prioritet istiqaməti sayılır. Azərbaycan gəncliyi tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynayıb, xalqımızın əldə etdiyi uğurlarda gənclərin böyük əməyi olub. Dövlət müstəqilliyinin qazanılmasında, Sovet imperiyasına qarşı azadlıq mübarizəsində, Qarabağın işğaldan azad olunması uğrunda ön sıralarında məhz gənclərimiz gediblər.

Natiqlər onu da xüsusi olaraq vurğuladılar ki, gənclər siyasətinin həyata keçirilməsi üçün dövlətin göstərdiyi qayğı və diqqəti nəticəsində gənclərimiz də fəaliyyətləri, konkret hadisələrə qarşı tutduqları mövqeləri ilə adekvat yanaşma ortaya qoyurlar. Bu istiqamətdə lənkəranlı gənclər də tərəddüd etmədən hər zaman öndə gedirlər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər