PDF Oxu

Siyasət

  • 781

Şeyx Zayed irsinə sadiqlik ŞƏRH

image

Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafata layiq görülmək böyük şərəf olmaqla yanaşı, onun qoyduğu zəngin irsə, humanizmə və xalqlara xidmət fəlsəfəsinə verilən yüksək dəyərin göstəricisidir. Şeyx Zayed təkcə öz dövrünün deyil, gələcək nəsillərin də yolunu işıqlandıran müdrik lider kimi tarixə düşmüşdür. Onun əsasını qoyduğu inkişaf modeli insan amilini ön plana çəkən, sabitlik, rifah və tərəqqini hədəfləyən strateji baxış üzərində qurulmuşdur.

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin əldə etdiyi uğurlar Şeyx Zayed siyasətinin davamlılığının bariz nümunəsidir. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə kursunu uğurla davam etdirərək ölkəsini qlobal miqyasda nüfuzlu və güclü mövqeyə yüksəltmişdir. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, innovasiyaların təşviqinə, sosial rifahın yüksəldilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.

Şeyx Zayedin müəyyənləşdirdiyi əsas dəyərlər — sülh, tolerantlıq, humanizm və xalqlar arasında dialoq bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Məhz bu dəyərlərin qorunub saxlanılması və müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsi BƏƏ-ni regionda və dünyada etibarlı tərəfdaş kimi tanıdır.

Şeyx Zayed adına təsis olunmuş mükafatlar isə bu ali dəyərlərin yaşadılmasına, insanlığa xidmət edən təşəbbüslərin təşviqinə və beynəlxalq miqyasda həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir. Bu mükafata layiq görülmək yalnız fərdi uğur deyil, eyni zamanda Şeyx Zayed irsinin, onun ideyalarının və insanlığa xidmət fəlsəfəsinin qlobal səviyyədə qəbul olunduğunun təsdiqidir.

Rauf Nəcəfov

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər