Şeyx Zayedin adını daşıyan nüfuzlu mükafata layiq görülmək böyük şərəf olmaqla yanaşı, onun bəşəri dəyərlərə söykənən siyasi və ictimai irsinə göstərilən yüksək ehtiramın ifadəsidir. Şeyx Zayed Al Nəhyan müasir dövlət quruculuğunda insan amilini əsas götürən, sabitlik, rifah və tərəqqini prioritet elan edən uzaqgörən lider kimi tarixdə silinməz iz qoymuşdur. Onun müəyyənləşdirdiyi inkişaf modeli bu gün də aktuallığını qoruyur və beynəlxalq səviyyədə nümunə kimi qəbul olunur.
Birləşmiş Ərəb Əmirliklərinin son onilliklərdə qazandığı davamlı uğurlar məhz bu siyasi irsin düzgün və ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək ölkənin iqtisadi, sosial və texnoloji potensialını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar dayanıqlı iqtisadi artımı, innovasiya əsaslı inkişafı və sosial rifahın yüksəldilməsini təmin etmişdir.
Şeyx Zayed irsinin əsasını təşkil edən tolerantlıq, humanizm, sülh və xalqlar arasında əməkdaşlıq prinsipləri bu gün də dövlət siyasətinin başlıca istiqamətləri sırasında yer alır. Bu dəyərlərin qorunması və təşviqi BƏƏ-nin beynəlxalq nüfuzunun artmasına, qlobal proseslərdə fəal və etibarlı tərəfdaş kimi çıxış etməsinə şərait yaradır.
Şeyx Zayedin adını daşıyan mükafatlar isə bu ali dəyərlərin yaşadılmasına, insanlığa xidmət edən təşəbbüslərin təşviqinə və beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verir. Belə bir mükafata layiq görülmək yalnız fərdi nailiyyət deyil, eyni zamanda Şeyx Zayedin ideyalarının və onun qoyduğu mənəvi-siyasi irsin qlobal miqyasda yüksək qiymətləndirildiyinin bariz göstəricisidir.
Süleyman Tağıyev
YAP Sədərək rayon təşkilatının məsləhətçi