Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xarici səfərləri zamanı dövlət və hökumət başçıları tərəfindən hörmət və ehtiramla qarşılanması artıq alışılmış hal almışdır. Bu il Fevral ayının 5 də Birləşmiş Ərəb Əmirliklərinə olan səfəri də bu cəhətdən istisna deyil. Həmin səfər zamanı Cənab Prezidentin mükafata layiq görülməsi onun nüfuzunun göstəricisidir.
Bəs bu mükafat nədir və kimlərə verilir? “Zayed İnsan Qardaşlığı Mükafatı” 2019-cu ildən etibarən təqdim olunur. Mükafat 4 fevral 2019-cu il tarixində Əbu-Dabidə Əl-Əzhərin Böyük İmamı professor Əhməd Əl-Tayyib və Müqəddəs Papa Frankis arasında keçirilən tarixi görüşü qeyd etmək üçün təsis edilib. Görüş zamanı onlar İnsan Qardaşlığı Sənədini imzalayıblar. Bəşəriyyət arasında barışığa və sülhə çağıran bu bəyannamənin tarixi əhəmiyyəti nəzərə alınmaqla, iki dini lider 2019-cu ildə bu mükafatın fəxri laureatları seçiliblər.
Qlobal olaraq qəbul edilən bu nüfuzlu mükafat bəşəriyyətdə sülhə və əməkdaşlığa töhfə verən, insanların həyatının daha da yaxşılaşdırılmasına təsir göstərən şəxslərə verilir. Mükafata layiq görülənlər arasında BMT-nin baş katibi Antonio Guterres, Roma Papası Frankis kimi tanınmış simalar var. Niyə Azərbaycan Prezidenti mükafata layiq görülənlərdəndir?
Azərbaycan Prezidentinin bu nüfuzlu mükafata layiq görülməsi onun bir sıra qlobal təşəbbüslərin müəllifi olması və regionda sülh və əməkdaşlığın formalaşmasına töhfəsi ilə bağlıdır. Belə ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan anlaşma regionda sülh və sabitlik üçün yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni düzənin formalaşmasına birbaşa təsir göstərəcək geo-siyasi mövqeyini daha da gücləndirib. Regionda dayanıqlı sülhün əldə edilməsi, yeni əməkdaşlıq formatının yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirən qətiyyətli mövqe Prezident İlham Əliyevin liderlik bacarığının, uzaqgörən diplomatik səriştəsinin nəticəsidir. Donald Trampın Prezident İlham Əliyevi böyük lider adlandıraraq ona Ağ Evin rəmzi açarını təqdim etməsi də dövlət başçımıza olan hörmətin və böyük etimadın nümunəsidir. İndi əksər ölkələr Azərbaycanla daha dərinləşmiş əməkdaşlıqlar qurmaqla Prezident İlham Əliyevin müəllifi olduğu regional layihələrdə bilavasitə iştiraka çalışırlar. Bu isə Azərbaycan Prezidentinin şəxsi nüfuzunun və liderlik bacarığının bir daha təsdiqidir. Bəli, Azərbaycan Prezidenti dünya liderləri arasında nüfuza malik olduğu uçun öz ölkəsini layiqincə təmsil edir. 8 avqust 2025 – ci ildə Ermənistan Respublikası ilə sülh müqaviləsinin paraflanması yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına, regionda uzunmüddətli dayanıqlı sülhün bərqərar olacağına inam yaradır ki, bu da cənab Prezidentin sülh carçısı olmasının və sülh naminə yorulmadan çalışmasının bariz nümunəsi olacaq.
Sevinc Mustafayeva
YAP Culfa rayon təşkilatının fəalı