PDF Oxu

Siyasət

  • 1 382

"İkitərəfli əlaqələr möhkəm təməl üzərində qurulub" ŞƏRH

image

Cənab Prezdenti İlham Əliyevin bu mükafata layiq görülməsi təsadüfi deyil, illərdir aparılan səbirli, strateji və qətiyyətli siyasətin məntiqi nəticəsidir. Dünyanın müxtəlif qaynar nöqtələrində davam edən qanlı toqquşmalar getdiyi bir vaxtda Azərbaycan ilə Ermənistan arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in imzalanması sivilizasiyalararası söhbətin mümkünlüyünü nümayiş etdirən yeganə parlaq nümunədir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə verilməsi həm Azərbaycanın multikulturalizm və dini tolerantlıq modelinin böyük uğuru kimi qiymətləndirilir. Azərbaycan illərdir ki, fərqli dinlərin və mədəniyyətlərin harmoniyada yaşadığı məkan kimi məşhurlaşıb. Bakı və digər şəhərlərdə keçirilən beynəlxalq dinlərarası forumlar, mədəniyyətlərarası dialoq təşəbbüsləri artıq qlobal platformalarda qəbul edilmiş modelə çevrilib. Bu mükafat birgəyaşayışın, dialoqun, mərhəmətin, insanlıq fəlsəfəsinin ünvanı sayılan Azərbaycan modelinin səmimiliyinə və davamlılığına verilən qiymətdir.

Cənab Prezident çıxışında Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlara da toxunub. Azərbaycan və Ermənistan arasında münasibətlərin müharibə mərhələsindən sülh mərhələsinə keçdiyini qeyd edən Prezident bildirib: “Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.” Qeyd olunub ki, bu dövr ərzində tərəflər arasında etimadın formalaşdırılması, praktiki əməkdaşlıq mexanizmlərinin yaradılması və kommunikasiyaların açılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə nəqliyyat-logistika sahəsində məhdudiyyətlərin aradan qaldırılması, enerji əməkdaşlığının başlanması və ticarət əlaqələrinin genişləndirilməsi sülh prosesinin real nəticələri kimi dəyərləndirib.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi həm dövlətimizin başçısının beynəlxalq nüfuzunu artıracaq, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində daha təsirli aktora çevrilməsinə xidmət edəcək.

Nurlana Yusifova

YAP Samux rayon təşkilatı məsləhətçi

Digər xəbərlər