PDF Oxu

Siyasət

  • 899

“Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” FOTOLAR

image

Lerik rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı sayəsində “2 Fevral – Azərbaycan Gəncləri Gün” münasibətilə “Gənclər Həftəsi” çərçivəsində “Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı forum baş tutub.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun , Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Qafarovun, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadənin , 1996-cı il 2 fevralda keçirilmiş Azərbaycan Gənclərinin I Forumunun iştirakçılarınin , şəhid ailə üzvlərinin, Vətən Müharibəsi və I Qarabağ Müharibəsinin iştirakçılarının, rayon ictimaiyyətinin nümayəndələri və gənclərin qatıldığı forumda Müstəqil Azərbaycanın yaradıcısı, Ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

‎ Tədbiri açıb gəncləri “ 2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının vacibliyini deyən rayon rəhbəri onların bilik və bacarıqlarının Azərbaycanın davamlı inkişafına layiqli töhfə verəcəyini söyləyib.

‎Digər natiqlər- Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Qafarovun, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadənin, şəhid valideynləri Rəbbil Heydərovun, Mükafat Yaqubovun, Azərbaycan Gənclərinin I Forumunun iştirakçısı Hüsaməddin Abbasovun çıxışlarında vurğulanıb ki, Heydər Əliyevin ölməz ideyaları ölkənin inkişafı yolunda həlledici rol daşıyır, gənclərin bu ideyalar ətrafında birləşməsinin əhəmiyyəti olduqca böyükdür.

‎ Tədbirin yekununda gənclərlə xatirə şəkli çəkilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər