Müasir dövrdə dövlətlərin dayanıqlı inkişafı güclü liderlik, strateji baxış və zamanın çağırışlarına uyğun çevik idarəetmə modeli tələb edir. Bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin hazırkı inkişaf yolu və qazandığı beynəlxalq nüfuz birbaşa olaraq Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın həyata keçirdiyi siyasətin nəticəsidir. O, BƏƏ-nin qurucusu və atası Şeyx Zayed bin Sultan Al Nəhyanın müəyyən etdiyi inkişaf, tərəqqi və davamlı müasirləşmə xəttini müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və uğurla davam etdirir.Şeyx Zayedin əsasını qoyduğu dövlətçilik fəlsəfəsinin mərkəzində insan amili, sosial rifah, milli birlik və açıq dünyagörüş dayanırdı. Şeyx Məhəmməd bu irsi qorumaqla yanaşı, onu yeni mərhələyə daşıyaraq innovasiya, texnoloji inkişaf və bilik iqtisadiyyatı üzərində qurulan müasir idarəetmə modelinə çevirmişdir. Onun rəhbərliyi altında BƏƏ regionun ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilmiş, qlobal iqtisadi və siyasi proseslərdə etibarlı tərəfdaş kimi tanınmışdır.
Şeyx Məhəmməd siyasətində davamlı inkişafın əsas prioritetlərindən enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində atılan addımlar BƏƏ-nin gələcəyə hesablanmış strateji baxışını aydın şəkildə nümayiş etdirir. Bu yanaşma atasının uzaqgörən siyasətinin müasir dövrdə məntiqli davamı kimi qiymətləndirilir. Eyni zamanda, sosial sahədə aparılan islahatlar da bu siyasətin mühüm tərkib hissəsidir. Təhsil, səhiyyə, gənclərin inkişafı və qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində həyata keçirilən proqramlar insan kapitalının gücləndirilməsinə xidmət edir. Şeyx Məhəmməd hesab edir ki, dövlətin əsas sərvəti onun vətəndaşlarıdır və bu prinsip onun bütün strateji qərarlarında öz əksini tapır.Xarici siyasətdə isə Şeyx Məhəmməd atasının sülh, dialoq və qarşılıqlı hörmətə əsaslanan kursunu davam etdirir. BƏƏ-nin regional və qlobal miqyasda sülh təşəbbüslərində fəal iştirakı, humanitar layihələrə verdiyi töhfələr və beynəlxalq əməkdaşlığın genişləndirilməsi bu siyasətin bariz nümunəsidir. Bu yanaşma ölkənin beynəlxalq arenada etibarlı və məsuliyyətli aktor kimi mövqeyini daha da möhkəmləndirmişdir.
Şeyx Məhəmməd bin Zayedin rəhbərliyi ilə BƏƏ müasirliklə milli dəyərlərin harmoniyasını qoruyan nadir ölkələrdən biri kimi seçilir. O, atasının miras qoyduğu möhkəm təməl üzərində yenilikçi və gələcəyə yönəlmiş dövlət modeli formalaşdıraraq inkişafın davamlılığını təmin edir.Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini yalnız davam etdirmir, eyni zamanda onu yeni qlobal reallıqlara uyğun zənginləşdirir. Bu siyasət Birləşmiş Ərəb Əmirliklərinin uzunmüddətli sabitliyinin, rifahının və beynəlxalq nüfuzunun əsas təminatçısı kimi çıxış edir.
Toğrul Rəhimli
YAP Sədərək rayon təşkilatının mühasi