09.02.2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Atakişili kənd 3 ( Kürdəmir rayon Dövlət Aqrar İnkşaf Mərkəzi ) ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və ərazi partiya təşkilatının üzvləri iştirak edib. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ərazi partiya təşkilatının sədr Elşən Cəbrayılov hesabat dövrü ərzində görülmüş işlər barədə hesabatla çıxış etdi. YAP Kürdəmir rayon təşkilatının sədr müavini çıxış edərək ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini müsbət qiymətləndirdi. Çıxışlar və təkliflər dinlənildikdən sonra Elşən Cəbrayılov ərazi partiya təşkilatına sədr, Rəşad Abuşov isə sədr müavini seçildilər.