Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Tahir Yaqub oğlu Budaqov bu gün Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.Zeynal Nağdəliyev təqdimatda çıxış edib, dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.Tahir Budaqov ona göstərilən etimada görə minnətdarlıq edib.