Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Qaz İstismarı İdarəsi və Telekommunikasiya qovşağı ərazi partiya təşkilatlarının hesabat yığıncaqları keçirilib.Yığıncaqlarda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndiriblər.Yığıncaqlarda çıxış edən YAP Tərtər rayon təşkilatının əməkdaşları- Əli Paşayev və Gündüz Alıkişiyev Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanmasından, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində atdığı addımlardan bəhs ediblər. Vurğulayıb ki, bu gün də Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Hazırda isə Ulu Öndər Heydər Əliyevin siyasi kursu ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.