PDF Oxu

Siyasət

  • 436

Müxalifətçiləri 15 il həbs cəzası gözləyir FOTO

image

Gürcüstanın 8 müxalifət partiyasının liderləri məhkəmə qarşısına çıxarılıb. İddialara görə, onları uzunmüddətli həbs cəzası gözləyir. Məlumat üçün qeyd edək ki, Gürcüstanın 8 müxalifət siyasətçisinə qarşı cinayət işi 2025-ci il 6 noyabrda açılıb. Təqsirləndirilən şəxslərin bəziləri təxribatda, digərləri isə xarici dövlətin düşmənçilik fəaliyyətinə kömək etməkdə və hökuməti devirməyə çağırış etməkdə ittiham olunurlar. Günahkar olduqları sübut olunarsa, onları 15 ilə qədər həbs cəzası gözləyir. Ötən gün Tbilisi Şəhər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə sübutların qəbul edilməsi barədə qərar qəbul edib və işi mahiyyəti üzrə məhkəməyə qaytarıb. Keçmiş president, indiki hakimiyyətə qatı müxalifətçi Mixeil Saakaşvili həbsxanadan məhkəməyə gətirilib. Məhkəmə zalında həmçinin Qvaramiya, Vaşadze, Zurab Caparidze və Badri Caparidze də iştirak edib. Xoştariya və Xazaradze dinləmədə iştirak etməyiblər, Melia isə artıq keçmiş cinayətlərinə görə cəza çəkdiyi həbsxanadan gətirilməyib. İş üzrə əvvəllər aşağıdakı qabaqlayıcı tədbirlər tətbiq edilib: Badri Caparidze və Mamuka Xazaradze – hər biri 1.000.000 lari girov; Zurab Caparidze və Giorgi Vaşadze – hər biri 30.000 lari girov.

İlham

Digər xəbərlər