11.02.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini Qafarov Elxan Mithəd oğlunun 60 illik yubileyi münasibətilə görüş keçirilib. YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov rayon təşkilatının sədr müavini Elxan Qafarovu doğum günü münasibəti ilə öz adından və kollektiv adından səmimi qəlbdən təbrik edərək ona uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatında və işgüzar fəaliyyətində uğurlar arzu edib. Yubilyar Elxan Qafarov göstərilən diqqət və qayğıya görə rayon təşkilatının sədri Ayaz Cəbrayılova və kollektivə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının, rayon təşkilatının aparatında işləməsinin və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söylədi.
YAP Kürdəmir rayon təşkilatı tərəfindən Elxan Qafarova partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştirakına görə Fəxri Fərman və hədiyyə təqdim edilib.