PDF Oxu

Siyasət

  • 1 184

Vardanyan ağıllanıb, yoxsa növbəti erməni bicliyi edir? - TƏHLİL

image

Bütün hallarda məhkəmənin ədalətli qərar verəcəyi gözlənilir

Bəşər tarixində insanlıq əleyhinə cinayətlər törətmiş çoxsaylı siyasi rəhbərlərin, hərbi komandirlərin adlarını çəkmək olar. Onu da qeyd etmək olar ki, vəhşiliklər törətmiş şəxslər gec də olsa ədalət mühakiməsinə veriliblər və layiq olduqları cəzanı alıblar. Misal olaraq, bir qrup əsas nasist hərbi canilərə qarşı qurulmuş hərbi tribunalı göstərmək olar. Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək davam etmiş Beynəlxalq Hərbi Tribunal tərəfindən faşist Almaniyasının ali dövlət və hərbi xadimləri ən ağır cəzaya layiq görülmüşlər. Belə ki, nasistlərdən İoahim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştreyxer, Frits Zaukel, Alfred Yodl, Artur Zeyss-İnkvart, Vilhelm Gerinq ölüm cəzasına məhkum olunmuşdular. Yaponiya vəhşi toplumuda törətdikləri bəşəri cinayətlərdən gizlənə bilməmişlər. Yapon çəlladlarına qarşı 1946-ci ilin may ayında qurulan və 1948-ci ilin noyabrında yekunlaşan beynəlxalq hərbi tribunalda Yaponiya imperiyasının yüksək hərbi və mülki rəhbərliyindən olan 29 nəfər mühakimə edilmişdir.Tokio prosesində ittiham olunan 29 nəfərdən 7-sinə asılmaqla ölüm hökmü verilib. Bu siyahıya Yaponiyanın keçmiş iki baş nazirinin, Koki Xirota və Xideki Todzionun da adı düşüb. Bütün edamlar Suqamo həbsxanasının həyətində icra edilib. Məhkəmənin hökmü ilə 15 nəfərə ömürlük, 3 nəfərə isə 10-15 il azadlıqdan məhrumetmə cəzası verilib. İttiham olunanlardan iki nəfərə isə prosesin sonuna qədər yaşamaq qismət olmayıb. Onlardan biri psixoloji durumunda yaranmış problemlərdən ölüb, digəri isə intihar edib.Müasir dövrümüzdə bəzi dövlətlərin ərazisində nasistlərin yetirmələrindən olan vəhşilər öz iyrənc əməllərini dinc əhalini kütləvi şəkildə öldürməklə, onların əmlaklarını talamaqla davam etdirmişlər. Lakin yenə də vəhşi siyasətçilər, hərbi komandirlər haqqın ədalət qılıncından xilas ola bilməyiblər. Nəticədə Bosniya serblərinin sabiq lideri Radovan Karaciç 1995-ci ilin iyul ayında Serebrenitsa şəhərində Bosniyanın serb separatçıları ilə birlikdə 8000-dən çox müsəlman kişi və qadını öldürdüyünə görə həbs olunaraq Hərbi Tribunala təhvil verilmişdir. Birləşmiş Millətlər Təşkilatının müharibə cinayətləri üzrə tribunalının hakimləri Radovan Karaciçə qarşı ömürlük həbs cəzası hökmü çıxardı. BMT-nin Müharibə Cinayətləri Məhkəməsi Slobodan Miloşeviçə və daha dörd yüksək vəzifəli məmura müharibə cinayətlərində ittiham irəli sürmüş və onların hər biri, o cümlədən S. Miloşeviç, Serbiyanın prezidenti Milutin Milutinovic, Yuqoslaviya Baş nazirinin müavini Nikola Sainoviç, Yuqoslaviya ordusunun baş qərargah rəisi Draqolyub Ojdaniç və Serbiyanın daxili işlər naziri Vlajko Stojiljkovic ömürlük həbs cəzasına məhkum olunmuşlar.
Azərbaycanda əsrin "Nürnberq prosesi"
Nasistlərin törəmələrindən, barbarların nəslindən olan Ermənistan vətəndaşları olan vəhşilər Azərbaycan əhalisini də hədəfə almışlar. Onlar ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətmişlər. Ancaq 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi ilə erməni terrorçu toplumu tamamilə məhv edildi və Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. 2023-cü ilin sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatları Qarabağda separatçılardan təmizləndi və terrorçu başbilənlərin böyük hissəsi həbs edilərək, hüquq-mühafizə orqanlarına təhvil verildilər. Onlara qarşı əsrin "Nürnberq prosesi"quruldu. Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Digər erməni müttəhimlər Arkadi Qukasyanla Bako Sahakyan ayrılıqda 20, Madat Babayan, Melikset Paşayan 19, Qarik Maritosyan 18, Davit Allahveriyan və Levon Balayan 16, Vasili Beqloryan və Qurgen Stperayan, Erik Qazaryan isə 15 müddətinə azadlıqdan məhrum edilib.Fevralın 10-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edib. O, ittiham tərəfindən təqdim edilmiş, o cümlədən ittiham aktında qeyd olunmuş bütün faktlarla, dəlillərlə, sübutlarla razı olduğunu söyləyib və bunun nəzərə alınmasını məhkəmədən xahiş edib.Daha sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri Azad Kərimov, Oqtay Şıxəliyev, Qədim Ağaxanov, Faiq Rüstəmov, Şiraslan Həsənov çıxış edərək təqsirləndirilən şəxsin ən ağır cəzaya - ömürlük həbsə məhkum edilməsini məhkəmədən xahiş ediblər. Cinayətkar ünsürün vəkili E.Babışov iş üzrə təqsirləndirilən şəxsin mövqeyini əsas götürərək cinayət işi ilə əlaqədar müdafiə nitqi ilə çıxış etməkdən imtina etdiyini söyləyib.
Vardanyan Azərbaycan poeziyasının möhtəşəmliyini dəmir barmaqlıqlar arasında anlayıb
Onu qeyd etmək lazımdır ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.Diqqətçəkən məqam Rusiyanın xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa gəlib separatçı çıxılar edən R.Vardanyanın son söz çıxışında səsləndirdiyi fikirlərdir. R.Vardanyan son söz çıxışında konkret məsələlərlə bağlı yox, ümumi sözlərlə danışıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsini oxuduğunu söyləyib. Bununla bir daha özünü "savadlı", Azərbaycanın qanunlarından məlumatlı olduğunu göstərməyə çalışdı.Vardanyan son söz çıxışında Qarabağa gəlib, əlaltı rolunda çıxış etməsindən peşman olduğunu göstərmək üçün dəridən-qabıqdan çıxdı. Gah ağlamsındı, gah da Azərbaycan mədəniyyətinə bağlı olduğunu, gah da Azərbaycan poeziyasını sevdiyini söylədi. Hətta dili dodağı əsə-əsə saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini söylədi. R.Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxudu. Bundan sonra o, çıxışını yekunlaşdırıb.Söz yox ki, iki il ərzində Vardanyan Böyük Azərbaycanın Uca millətinin misilsiz dəyərlər xəzinəsinə sahib bir millət olduğunu anlayıb. Onu da başa düşüb ki, separatçı fəaliyyət göstərməklə başından böyük səhvə, qəbahətə yol verib. Lakin onu qanmayır ki, artıq gecdir, mütləq layiq olduğu cəzanı alacaq.
İLHAM ƏLİYEV

Digər xəbərlər