Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində irəliləyişlərini və gələcək strategiyasını müəyyənləşdirən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxış edib.
Prezident çıxışında qeyd edib ki, rəqəmsal transformasiya ölkənin iqtisadi inkişafının əsas dayaqlarından biridir. “Biz sürətli və dayanıqlı rəqəmsal ekosistem yaratmalıyıq ki, bütün vətəndaşlarımız və sahibkarlar onun faydalarını görsünlər”, – deyə İlham Əliyev bildirib.
Müşavirədə vurğulanıb ki, yeni rəqəmsal arxitektura dövlət qurumlarının xidmətlərinin elektron platformalara inteqrasiyasını sürətləndirəcək, həmçinin vətəndaş məmnuniyyətini artıracaq. Bu çərçivədə innovativ texnologiyaların tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi və süni intellektin dövlət idarəçiliyində istifadəsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Prezident İlham Əliyev həmçinin Azərbaycanda transmilli böyük şirkətlərlə əməkdaşlığın ölkəyə böyük üstünlük qazandırdığını vurğulayıb:“Bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Dünyanın qabaqcıl texnologiyaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi bizim rəqəmsal transformasiyamızı sürətləndirir və beynəlxalq standartlara uyğun aparır”, – deyə dövlət başçısı bildirib.
Müşavirə çərçivəsində görüləcək işlərin konkret icra planları və məsul şəxslər müəyyənləşdirilib, gələcəkdə Azərbaycanın rəqəmsal sahədə regional lider olma strategiyası açıqlanıb.
Prezidentin çıxışı həmçinin dövlətin rəqəmsal inkişaf sahəsində şəffaflıq, innovasiya və vətəndaş mərkəzli yanaşma prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib.
Gündüz Bayramov.
YAP Samux rayon təşkilatının sədri