PDF Oxu

Siyasət

  • 504

“14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə İltifat Əhmədovun yeni kitabı çapdan çıxıb

image

AMEA Lənkəran Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və etnologiya şöbəsinin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İltifat Əhmədovun sayca beşinci olan “Kəndimizin ilk alimi - Kamal Dadaşov” adlı sənədli povest kitabı çapdan çıxıb .Müəllif yeni kitabında ömrünün 70 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, 1956-cı ildən 2016-cı ilədək Lənkəran rayonunun müxtəlif məktəblərində fransız dili müəllimi, tədris işləri üzrə direktor müavini və direktor, indiki Azərbaycan Dillər Universiteti, Lənkəran Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, baş müəllim, kafedra müdiri vəzifələrində işləmiş, ali məktəblər üçün bir neçə fransız dili dərsliklərin müəllifi, filologiya üzrə fəlsəfə doktoru, professor Kamal Dadaşovun mənalı, gənc nəsillərə örnək ömür yolundan, elmi-pedaqoji fəaliyyətindən danışır. “Apostrof - A” mətbəəsində yüksək poliqrafik üsulla, nəfis, rəngli tərtibatda nəşr olunan kitab 152 səhifəlikdir.

İltifat Əhmədov sözə dəyər verən, böyük həvəslə yazıb-yarada qələm əhlidir. Onun indiyədək publisistik əsərlərindən ibarət “İllərin söz çələngi” (2019), Aprel döyüşlərinin şəhidi, kəşfiyyatçı Rusif İbrahim oğlu Ağayevdən bəhs edən “Vətən sənə oğul deyir” (2020), I və II Qarabağ müharibələrinin iştirakçıları, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsindən olan 9 nəfər şəhidə və 25 nəfər qaziyə həsr etdiyi “Dastana dönən igidlər” (2021) və “Xeyriyyəçi Hacı Ərşad” (2024) sənədli povest kitabları işıq üzü görüb.

Onu da bildirək ki, yazıçının 44 günlük haqq savaşımızda müqəddəs şəhidlik zirvəsinə ucalan, AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olan Mahsun Zahir oğlu Bağırzadənin şərəfli ömür və döyüş yolundan söhbət açdığı “Mahsunun Vətən sevgisi” adlı kitabı nəşriyyatda çapa hazırlanır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər