PDF Oxu

Siyasət

  • 1 276

"Dövlət idarəçiliyi müasir standartlara uyğunlaşdırılır" - DEPUTAT DANIŞDI

image

"Azərbaycanda idarəetmədə genişmiqyaslı struktur islahatlarının aparılması yenidən gündəmdədir. İslahatlar çərçivəsində müasir idarəetmə tələblərinə cavab verməyən bəzi idarələrin ləğvi, digərlərinin isə yenidən təşkili planlaşdırılır".Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.Onun sözlərinə görə, bu proses dövlət aparatının daha funksional, nəticəyönümlü və çevik fəaliyyət göstərməsinə hesablanıb: "Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır, eyni zamanda idarəetmə fəlsəfəsinin yenilənməsini nəzərdə tutur. Məqsəd yeni idarəetmə strukturu formalaşdırmaqla yanaşı, daha çevik, daha yığcam və daha məqsədyönlü idarəetmə modelini tətbiq etməkdir. Bu model qərarların daha operativ qəbul edilməsinə, resursların daha səmərəli bölüşdürülməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Qlobal çağırışlar, rəqəmsallaşma prosesi və dəyişən iqtisadi reallıqlar dövlət institutlarının daim yenilənməsini zəruri edir. Cənab Prezidentin istiqamət verdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional sistem mütəmadi şəkildə təkmilləşdirilir, idarəetmə mexanizmləri müasir standartlara uyğunlaşdırılır.Beləliklə, idarəetmə ilə iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama prinsipləri qorunur. Dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və məsuliyyət amilləri gücləndirilir ki, bu da uzunmüddətli dayanıqlı inkişaf üçün əsas baza rolunu oynayır.Məhz səmərəli dövlət idarəetmə aparatı cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Bu isə həm dövlət büdcəsinin effektiv idarə olunmasına, həm də sosial-iqtisadi prioritetlərin vaxtında və keyfiyyətlə reallaşdırılmasına imkan yaradır".
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər