Fevral ayının 11-də Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “ Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə aidiyyatı dövlət qurumların rəhbərləri iştirak etmişdir. Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev giriş nitqində bildirmişdir: “ Biz bugünkü müşavirədə rəqəmsal inkişafla bağlı olan məsələləri müzakirə edəcəyik, buna ehtiyac var. Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir. Bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var - beynəlxalq şirkətlərlə olan əlaqələr, böyük təcrübəmiz və bir çox ölkələrlə bu nəhəng layihələri icra etməyimiz. Çünki bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir”.
Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev qətiyyəti və təcrübəli dövlət xadimi olmaqla yanaşı zamanın tələblərini öncədən dəyərləndirməyi bacaran proqmatik və innovasiyaları dəstəkləyən dünya liderlərindən biridir. Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda əldə edilmiş uğurlar yuxarıda qeyd edilənlərin əyani sübutudur. İlham Əliyevin hakimiyyətə gəldiyi dövrlə müasir Azərbaycanı müqaisə etdikdə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar təsəvvür edilməyəcək dərəcədə inkişaf etdirilmiş, Azərbaycanda yalnız abadlıq-quruculuq sahəsində deyil, innovasiyaların tətbiqi sahəsində də böyük uğurlara imza atılmışdır. Heç də təsadüfü deyil ki, ASAN xidmət Azərbaycanın brendi olaraq tanınır və dünya miqyasında qəbul edilir.
Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev rəqəmsallaşma sistemini də mərhələli şəkildə uğurla inkişaf etdirir və bunun üçün ilk növbədə zəruri resursların formalaşdırılması məqsədilə baza formalaşdırır. Əlbətdə bu sahənin inkişaf etdirilməsi üçün müasir texnologiyanın əldə edilməsi ilə enerji ehtiyyatlarının yaradılması tələb olunur. Müstəqilliyimizin ilk illərində Azərbaycan kənarda elektrik enerji idxal etmək məcburiyyətində idisə, artıq Azərbaycan elektrik enerjisi ixrac edən dövlətlərdən birinə çevrilib. Yuxarıda qeyd edildiyi kimi rəqəmsallaşma böyük enerji tələb edən sahədir.
Elektron Hökümət sistemini yaratmaqla Azərbaycan bu sahədə mühüm iş görmüş oldu.Texnoparlar və DATA mərkəzləri yaradaraq bu sahəni daha da inkişaf etdirmiş oldu. Data Elmi və Süni İntellekt yeni sənaye dövrünün zərurətidir. Bu istiqamətdə uğurlu fəaliyyəti təmin edə bilən dövlətlər gələcək dünyanın əsas yeni güc mərkəzlərini formalaşdıracaq. Müasir Süni İntellekt metodları yeni biznes imkanlarının yaranması, dövlət və özəl qurumların effektiv idarə edilməsi istiqamətində geniş imkanlar vəd edir.
Təqribən 5 il əvvəl ölkədə Süni İntellekt və Data Elmi istiqamətində danışılmır və qurumlarda Data Elmi ümumiyyətlə tətbiq edilmirdi. Lakin son illərdə ölkəmizdə Süni İntellekt sahəsində oyanış və inkişaf müşahidə edilməyə başlandı. Hər keçən gün data elmi və süni intellekt elminin dövlət və özəl qurumların diqqətini daha çox çəkdiyinin və Süni İntellekt istiqamətində təşəbbüslərin artan sürətdə çoxaldığının şahidi olduq. Cənab Prezidentin yeni təyin etdiyi Nazirlərə artıq birbaşa Süni İntellektin tətbiq edilməsi ilə bağlı tapşırıqlar verməsi, baş nazirin Süni İntellekt elmi ilə bağlı tədris qanunlarına dəyişikliklər etməsi ilə artıq Azərbaycanda bu elmin dövlət rəhbərliyi səviyyəsində dəstəkləndiyinin və təşviq edildiyinin şahidi olduq. Texnologiya sahəsində dünyanın ən qabaqcıl tədris müəsisəsi MIT və Süni İntellekt üzrə dövlətlərə və şirkətlərə xidmətlər göstərən dünya nəhəngi IBM şirkətinin 6 il əvvəl birgə apardığı tədqiqatda “Süni İntellekt elminin dövlətlərdə və müəsisələrdə tətbiqinin uğurlu olması üçün zəruri 3 əsas meyardan məhz birincisinin, birbaşa Rəhbər tərəfindən bu elminin tətbiqinin dəstəklənməsi olduğu qeyd olunmuşdu. Aparılan tədqiqatda qeyd edilirdi ki, Süni İntellekt elmi məlumatların təhlili və emalı üzərində qurulması səbəbindən və yüksək innovasiya tutumlu resurs tələb etməsi nöqteyi nəzərindən, rəhbərliyin bu sahəyə diqqət və qayğısı həyata keçiriləcək layihələrin uğurlu olmasın üçün ilkin şərt idi. Həmin tədqiqata dayanaraq qeyd edə bilərik ki, Azərbaycanda Süni İntellektin tətbiq edilməsi və inkişaf etdirilməsi üçün dövlət rəhbərliyi tərəfindən dəstəyin mövcudluğu ölkədə bu sahənin inkişaf etdirilməsi üçün əlverişli zəmin yarandığından xəbər verir. Qeyd etmək istəyirəm ki, dünyada dövlət rəhbərliyi tərəfindən Süni İntellekt elminin dəstəkləndiyi ölkələr əksəriyyət etibari ilə inkişaf etmiş ölkələrdir.
Azərbaycanda Süni İntellekt ilə bağlı ilk təşəbbüslərə “Center for Data Analytics and Web Insight” (CEDAWI) adlı tədqiqat mərkəzi, ASAN Xidmətin və Azercell şirkətinin fəaliyyətlərini aid etmək olar. 2011-ci ildə yaranmış CEDAWI mərkəzi Big Data (Böyük həcmli verilənlərin emalı) istiqamətində elmi tədqiqatlar aparmaq və ölkə daxilində Big Data ilə əlaqəli böyük konfranslar təşkil etməklə tanınırdı. ASAN Xidmət və Azercell şirkəti isə idarəetməsində müasir data elmi və süni intellekt üsullarının tətbiqinə hətta 2010-cu illərdən geniş yer verirdi. Bu ilkin Süni İntellekt və Data Elmi fəaliyyətləri daha sonra müxtəlif formada genişlənmiş və inkişaf etmişdir. CEDAWI mərkəzinin rəhbəri Abzetdin ADAMOV ADA Universitetində CEDAR adlı tədqiqat mərkəzini qurmuş və Azərbaycanda ilk dəfə Data Analitikası üzrə magistratura proqramının fəaliyyətə başlamasına nail olmuşdur.
Süni İntellekt və Data Elminin tətbiqi iki əsas istiqamətdə ölkəmizə böyük imkanlar vəd edir.
1) Data əsaslı İdarəetmə, Biznes qurumları və Dövlət qurumlarının səmərəli idarə edilməsini təmin edir.
2) Süni İntellekt əsaslı yeni ağıllı məhsullar yaradılaraq ölkədə texnologiya və innovasiya əsaslı Bizneslərin inkişaf etdirilməsi
Amerikada data əsaslı dövlət idarəetməsinin əsas 5 hədəfini qeyd edib .
1) Yeni iş yerlərinin yaradılması
2) Vətəndaşların təhlükəsizliyinin inkişaf etdirilməsi
3) Təhsil və bacarıqlarının inkişaf etdirilməsi
4) Yaşam tərzlərinin davamlılığının qorunması
5) Səhiyyə və rifahlarının inkişaf etdirilməsi
Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafına xüsusi diqqət ayırması heç də təsadüfü deyil. Qeyd olunan sahənin inkişaf etdirilməsi ilə Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə yüksəldiləcək və Azərbaycan əhalisinin bütün sahələrdə həm həyat şəraiti və vətandaş məmunluğu təmin edilmiş olacaqdır.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri