PDF Oxu

Siyasət

  • 623

Tərtərdə hesabat-seçki yığıncağı keçirilib ŞƏRH

image

YAP Tərtər rayon təşkilatı Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İlk öncə Yeni Azərbaycan Partiyasının qurucusu , Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncağı giriş sözü ilə açan Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov bildirib ki, zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.

Sonra ərazi partiya təşkilatının sədri Müşfiq Həsənovun hesabat məruzəsi dinlənilib. Ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Partiya üzvlərinin səsverməsi ilə Orxan Fəxrəddinov Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatının sədri seçilmişdir.

YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev Yeni Azərbaycan Partiyasının yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanmasından, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində atdığı addımlardan bəhs edib. Vurğulayıb ki, bu gün də Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Hazırda isə Ulu Öndər Heydər Əliyevin siyasi kursu ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində əldə olunmuş parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycanın YAP Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru inamla irəliləməsi də bunun bariz nümunəsidir.

Sonda YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev yeni seçilən ərazi partiya təşkilatının sədrini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Digər xəbərlər