PDF Oxu

Siyasət

  • 463

Enerji müstəqilliyi: strateji sabitliyin əsası ŞƏRH

image

Bugün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə təmin edən nadir ölkələr sırasındadır. Ölkə yalnız daxili tələbatı ödəməklə kifayətlənmir, eyni zamanda enerji resurslarını qlobal bazarlara ixrac edərək beynəlxalq enerji xəritəsində mühüm aktor kimi çıxış edir. Bu vəziyyət bir neçə fundamental üstünlük yaradır: Enerji təhlükəsizliyi – daxili sabitliyin əsas dayağı iqtisadi dayanıqlılıq – davamlı gəlir mənbəyi geosiyasi əhəmiyyət – regional və qlobal rolun güclənməsi strateji manevr imkanları – uzunmüddətli planlaşdırma azadlığı

enerji resurslarına sahib olmaq bir üstünlükdür, lakin bu resursları səmərəli şəkildə idarə etmək və gələcək inkişaf üçün alətə çevirmək daha böyük strateji uğurdur.

Enerji Təhlükəsizliyi və Azərbaycanın Dayanıqlı İnkişaf Modeli
Müasir dünya siyasətində və iqtisadiyyatında enerji faktoru hələ də dövlətlərin strateji gücünü müəyyən edən əsas elementlərdən biri olaraq qalır. Qlobal miqyasda baş verən geosiyasi proseslər, enerji bazarlarında dalğalanmalar və resurslara çıxış uğrunda artan rəqabət göstərir ki, enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, milli təhlükəsizlik məsələsidir.
Bu kontekstdə Azərbaycanın mövqeyi xüsusi diqqətə layiqdir. Prezident İlham Əliyevin son müşavirələrində vurğulandığı kimi, bugün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edən, eyni zamanda bu resursları beynəlxalq bazarlara ixrac edən güclü enerji dövlətidir.
Enerji müstəqilliyi hər bir dövlət üçün fundamental əhəmiyyət daşıyır. Xarici mənbələrdən asılılıq iqtisadi risklər yaratmaqla yanaşı, siyasi və geosiyasi təzyiqlərə də zəmin yarada bilər.
Azərbaycan isə: Daxili enerji tələbatını tam ödəyən enerji ixrac edən regional enerji layihələrinin aparıcı iştirakçısı olan ölkə kimi möhkəm və dayanıqlı model formalaşdırıb.
Bu reallıq dövlətə uzunmüddətli planlaşdırma, iqtisadi sabitlik və strateji manevr imkanları qazandırır.

Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışında enerji sahəsində əldə olunan nailiyyətləri də vurğulayıb. Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artaraq 10 min meqavata çatıb. Qaz, hidro, Günəş və külək elektrik stansiyaları Azərbaycan reallıqlarını müəyyən edir. Hazırda ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir.

Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir və onları dünya bazarlarına da çıxarır. Bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız var və generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq.

Hüseyn Süleymanov

YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər