Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Prezident cənab İlham Əliyev müşavirədə bu sahədə görülən işlər və nəzərdə tutulan layihələrlə bağlı maraqlı məqamlara toxunaraq qeyd edib ki, bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək: "Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir". Dövlət Başçısı qeyd etmişdir ki, müasir dövrdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Bu səbəbdən Azərbaycan da bu istiqamətdə fəaliyyətini daha da gücləndirməli və rəqəmsal transformasiyanı prioritet istiqamətə çevirməlidir. Prezident cənab İlham Əliyev enerji sektorunda görülmüş işlərə toxunarkən qeyd edib ki, bu sahə kommunikasiya sistemlərinin də inkişafına təkan verib: "Bizim xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və biz elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da dediyim kimi, böyük enerji güclərini tələb edir. Qeyd edək ki, Süni intellektin dövlət idarəçiliyində tətbiqi, qərarların qəbulunda texnoloji dəstəyin artırılması və özəl sektora müvafiq təşviq mexanizmlərinin yaradılması da mühüm vəzifələr kimi müəyyən edilmişdir. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə çıxış edən Prezident cənab İlham Əliyev bildirmişdir ki, "Bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var - beynəlxalq şirkətlərlə olan əlaqələr, böyük təcrübəmiz və bir çox ölkələrlə bu nəhəng layihələri icra etməyimiz. Çünki bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var." Prezident İlham Əliyevin çıxışı Azərbaycanın rəqəmsal gələcəyinin strateji istiqamətlərini müəyyən edir.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı