PDF Oxu

Siyasət

  • 385

Azərbaycanın yeni inkişaf mərhələsi

image

11 fevral 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Prezident cənab İlham Əliyev rəqəmsallaşmanı iqtisadi modernləşmə, milli təhlükəsizlik və sosial rifahın təmin olunmasının əsas sütunlarından biri kimi təqdim edərək, Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu nümayiş etdirdi. Müasir dövrdə dövlətlərin gücü yalnız təbii resurslarla deyil, məlumatın idarə olunması, innovasiya qabiliyyəti və texnoloji çevikliklə müəyyən olunur. Cənab Prezident İlham Əliyev vurğuladı ki, rəqabət qabiliyyətli dövlət olmaq üçün rəqəmsal infrastrukturun gücləndirilməsi əsas şərtdir. Bu yanaşma enerji resurslarına əsaslanan iqtisadi modeldən bilik və texnologiyaya əsaslanan iqtisadiyyata keçidin sürətləndirilməsini nəzərdə tutur. “Yeni rəqəmsal arxitektura” anlayışı dövlət idarəçiliyinin tam şəkildə rəqəmsal platformalar üzərində yenidən qurulmasını, məlumatların vahid sistemdə inteqrasiyasını və qərarvermə prosesində süni intellekt alətlərinin tətbiqini ehtiva edir. Prezident cənab İlham Əliyev müşavirədə bu sahədə görülən işlər və nəzərdə tutulan layihələrlə bağlı maraqlı məqamlara toxunaraq qeyd edib ki, bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək: "Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir". Azərbaycan regional rəqəmsal mərkəzə çevrilmək ambisiyasını reallaşdırmaq üçün institusional və infrastruktur bazasını möhkəmləndirir. Rəqəmsal transformasiya ilə paralel olaraq kibertəhlükəsizliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Dövlət informasiya resurslarının qorunması, milli məlumat bazalarının təhlükəsizliyi və kritik infrastrukturun müdafiəsi müasir təhlükəsizlik konsepsiyasının ayrılmaz hissəsidir. İnformasiya müharibələrinin və kiberhücumların artdığı şəraitdə rəqəmsal arxitektura yalnız texnoloji layihə deyil, həm də milli təhlükəsizlik strategiyasının əsas komponentidir. Bu istiqamətdə yerli mütəxəssislərin hazırlanması və beynəlxalq standartlara uyğun müdafiə mexanizmlərinin qurulması xüsusi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev enerji sektorunda görülmüş işlərə toxunarkən qeyd edib ki, bu sahə kommunikasiya sistemlərinin də inkişafına təkan verib. Bizim xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və biz elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da dediyim kimi, böyük enerji güclərini tələb edir. Qeyd edək ki, Süni intellektin dövlət idarəçiliyində tətbiqi, qərarların qəbulunda texnoloji dəstəyin artırılması və özəl sektora müvafiq təşviq mexanizmlərinin yaradılması da mühüm vəzifələr kimi müəyyən edilmişdir.

İntiqam Quliyev,

YAP Ağdam rayon təşkilatının sədr müavini

Digər xəbərlər