PDF Oxu

Siyasət

  • 497

ABŞ və Azərbaycan münasibətlərində yeni mərhələ - ŞƏRH

image

Beynəlxalq siyasətdə strateji tərəfdaşlıq anlayışı dövlətlərin yalnız ortaq dəyərlərini deyil,eyni zamanda real maraqlarını uzlaşdırmaq bacarığını əks etdirir. Bu baxımdan Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında formalaşmış münasibətlər praqmatik, qarşılıqlı faydaya əsaslanan və regional sabitliyə xidmət edən əməkdaşlıq modeli kimi diqqət çəkir. Xüsusilə ABŞ-da Donald Trump – Vens administrasiyasının hakimiyyəti dövründə bu münasibətlər daha realist və maraq-mərkəzli müstəvidə inkişaf etməyə başlamışdır. Dünyanın aparıcı gücü olan Amerika Birləşmiş Ştatları Tramp–Vens administrasiyası çərçivəsində xarici siyasətdə ideoloji yanaşmalardan daha çox milli maraqlara, enerji təhlükəsizliyinə və strateji regionlarla birbaşa əməkdaşlığa üstünlük verir. “Güclü Amerika” konsepsiyası ABŞ-ın müttəfiqləri ilə münasibətlərində də daha açıq və konkret prioritetlərin ön plana çıxmasını şərtləndirir. Bu kontekstdə Cənubi Qafqaz regionu və xüsusilə Azərbaycan Vaşinqton üçün etibarlı tərəfdaş kimi önəm qazanır. Azərbaycanın müstəqil xarici siyasət kursu, geostrateji mövqeyi və regional proseslərdə artan rolu Tramp–Vens administrasiyasının praqmatik baxışları ilə uzlaşır. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və enerji xətlərinin mərkəzində yerləşən Azərbaycan ABŞ üçün yalnız regional aktor deyil, eyni zamanda enerji təhlükəsizliyi və logistik sabitlik baxımından strateji əhəmiyyət daşıyan tərəfdaşdır.

Təhlükəsizlik sahəsində də tərəfdaşlıq Tramp–Vens administrasiyasının “real təhlükələrə qarşı real müttəfiqlər” yanaşması ilə üst-üstə düşür. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə, regional təhlükəsizlik təşəbbüslərində və strateji nəqliyyat marşrutlarının qorunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Bu əməkdaşlıq ABŞ üçün regionda əlavə sabitlik elementi yaradır. İqtisadi münasibətlər və investisiya əlaqələri də yeni administrasiya dövründə daha praktik əsaslar üzərində inkişaf etmək potensialına malikdir. ABŞ biznes dairələri üçün Azərbaycanın sabitliyi, enerji sektoru ilə yanaşı qeyri-neft sahələrində açılan imkanlar xüsusi maraq doğurur. Eyni zamanda humanitar və təhsil əlaqələri xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirən mühüm amil olaraq qalır. Nəticə etibarilə, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji tərəfdaşlıq Tramp–Vens administrasiyası dövründə daha praqmatik, maraqlara əsaslanan və qarşılıqlı etimada söykənən mərhələyə qədəm qoyur. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və uzunmüddətli inkişafı üçün mühüm strateji əhəmiyyət daşıyır.

İsa Məmmədov

YAP Babək rayon təşkilatının sədri

Digər xəbərlər