PDF Oxu

Siyasət

  • 438

Azərbaycan alternativ enerji sahəsində mühüm addımlar atır - ŞƏRH

image

Artıq Azərbaycan Respublikası enerji təhlükəsizliyi sahəsində mühüm və strateji nailiyyətlər əldə etmiş ölkə kimi beynəlxalq aləmdə xüsusi mövqeyə malikdir. Bizim yalnız özünü bütün əsas enerji mənbələri ilə tam təmin etmir, eyni zamanda bu resursları geniş coğrafiyada dünya bazarlarına ixrac edən etibarlı tərəfdaş kimi çıxış edir.

Müstəqillik illərində həyata keçirilən məqsədyönlü enerji siyasəti nəticəsində Azərbaycan həm neft, həm təbii qaz, həm də elektrik enerjisi sahəsində dayanıqlı və güclü infrastruktur formalaşdırmışdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan enerji strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni mərhələyə yüksəldilmişdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan bu gün enerji təhlükəsizliyini tam təmin edən ölkədir və eyni zamanda Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır.” Bu fikir ölkəmizin beynəlxalq enerji sistemində oynadığı rolu aydın şəkildə ifadə edir.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılmış transmilli layihələr ölkəmizi regionun enerji mərkəzinə çevirmişdir. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına təhlükəsiz və şaxələndirilmiş marşrutlarla çatdırılması Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırmışdır.

Eyni zamanda dövlətimizin başçısı dəfələrlə vurğulamışdır ki: “Biz enerji resurslarımızdan yalnız iqtisadi qazanc məqsədilə deyil, həm də regional sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi üçün istifadə edirik.” Bu yanaşma Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi deyil, həm də strateji və diplomatik mahiyyət daşıdığını göstərir.

Bu gün Azərbaycan alternativ və bərpaolunan enerji sahəsində də mühüm addımlar atır. Günəş və külək enerjisi layihələri ölkəmizin enerji balansını daha da şaxələndirir və “yaşıl enerji” gündəliyinə uyğun inkişafı təmin edir.

Nəticə etibarilə, Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edən, eyni zamanda bu resursları qlobal bazarlara ixrac edən güclü və etibarlı enerji dövləti kimi beynəlxalq nüfuzunu davamlı şəkildə artırır. Bu uğurlar düşünülmüş dövlət siyasətinin, siyasi sabitliyin və uzaqgörən rəhbərliyin nəticəsidir.

Əmir Babayev

YAP Şərur rayon təşkilatının sədri

Digər xəbərlər