PDF Oxu

Siyasət

  • 1 034

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüş keçirib

image

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhid Vüsal Ramazanovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Millət vəkili qeyd edib ki, bu kateqoriyadan olan şəxslərə dövlətimiz tərəfindən daimi diqqət göstərilir.Daha sonra millət vəkili Asif Əsgərov Zaqatala rayonunun Gözbarax kəndində seçicilərlə görüş keçirib.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.Şəhid ailəsi və seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər