Astara Pedaqoji Kollecində keçirilən Pedaqoji Şuranın növbəti iclasında Şuranın sədri, professor K. Kazımov Şura üzvlərini salamladı, tədris ilinin birinci yarım ilinin uğurla başa vurulması münasibətilə müəllimləri, işçi heyətini təbrik etdi, bundan sonra da işlərin yüksək səviyyədə davamı üçün hamıya uğurlar arzuladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi.
Çıxışlarda- Tədris hissə müdiri Sevər Əliyeva, Maliyyə-informatika və qida təhlükəsizliyi şöbəsinin müdiri Nuranə Fərəcova, Sosial və aqrar –turizm şöbəsinin müdiri Aygün Səfərova 2025/2026-cı tədris ilində payız semestrinin imtahan sessiyasının yekunları və yaz semestrinə hazırlıq haqqında statistik göstəricilərə əsaslanaraq ixtisaslar üzrə olan göstəricilərin artım və azalma tendensiyalarını təhlil edərək cari semestrin keyfiyyət nəticələrini açıqladılar. Həmçinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Arzu Hüseynova tədris ilinin birinci yarısında- hesabat dövründə təhsil ocağında tərbiyəvi işlərin planlı və sistemli şəkildə təşkilini bildirdi. Kimya , biologiya və aqrar –turizm fənn birləşmə komissiyasına daxil olan fənlərin tədrisi barədə isə FBK sədri Nisa Əskərova danışdı.
Digər natiqlər- Pedaqoji Şuranın katibi Elnarə Məhərrəmova “Pedaqoji Şurada qəbul edilmiş qərarların icrası” və İstehsalat təcrübə rəhbəri Nahid Süleymanov “Buraxılış kurs tələbələrinin təcrübəsinə hazırlığın vəziyyəti” haqqında sevindirici faktlar irəli sürdülər.
Əmək məzuniyyəti və son illər orta ixtisas təhsili pilləsində davamlı struktur və kadr islahatı barədə Kadrlar üzrə mütəxəssis Günay Abdullayeva söhbət açdı. Maliyyə hesabatları ilə əlaqədar çıxışında Baş mühasib Samir Quliyev həm də 2026-cı ilin yanvar ayından xüsusi vəsaitin artırılması barədə Şura üzvlərinə məlumat verdi.
Şurada bir sıra cari məsələlər-struktur və bölmə rəhbərlərinin üzərinə göndərilən məktubların icra vəziyyəti, jurnalların düzgün yazılması, zəruri sənədləşmə işləri müzakirə olundu və qərarlar qəbul edildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü