PDF Oxu

Siyasət

  • 637

Tərtərdə hesabat yığıncaqları davam edir - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Buruc ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilmişdir .Yığıncaq iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclasın gündəliyinə 2025-ci ilin yekun hesabatının müzakirəsi və 2026-cı il üçün tədbirlər planının təsdiqi məsələləri daxil edilib. Hesabat məruzələri ilə çıxış edən ərazi təşkilat sədri ötən dövr ərzində partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirak etdiklərini, ideoloji işin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını və təşkilati fəaliyyətin daha da təkmilləşdirildiyini vurğulayıblar.

Müzakirələr zamanı çıxış edən fəallar görülmüş işləri yüksək qiymətləndirərək hesabatı qənaətbəxş hesab edib, qarşıdakı dövr üçün müəyyən edilmiş hədəflərin əhəmiyyətini qeyd ediblər.

YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev çıxışında bildiri ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və beynəlxalq müstəvidə layiqincə təmsil olunması istiqamətində ardıcıl fəaliyyət göstərir. Qeyd olunub ki, partiya yarandığı gündən etibarən milli həmrəyliyin və siyasi sabitliyin təminatçısı kimi çıxış edərək ölkəmizin davamlı inkişafına mühüm töhfələr verir və siyasi sistemdə aparıcı mövqeyini inamla qoruyur.

Sonda Buruc ərazi partiya təşkilatının 2025-ci il üzrə fəaliyyətinə dair yekun qərarlar qəbul edilib, 2026-cı il üçün nəzərdə tutulan tədbirlər planı təsdiqlənib.

Digər xəbərlər