Azərbaycanın malik olduğu çoxsaylı üstünlüklər içərisində onunəlverişli coğrafi mövqeyi xüsusi yer tutur. Tarix boyu müxtəlifsivilizasiyaların kəsişməsində yerləşən ölkəmiz bu gün də ŞərqləQərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji məkandaqərarlaşıb. Bu amil Azərbaycanın iqtisadi, siyasi və nəqliyyatimkanlarını formalaşdıran əsas faktorlardan biridir.
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyətplanına həsr olunmuş müşavirədə çıxış edən İlham Əliyevölkəmizin üstünlüklərindən bəhs edərək coğrafi mövqeyinstrateji əhəmiyyətini xüsusi vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın yerləşdiyi məkan böyük imkanlar yaradır və bu imkanlardan səmərəli istifadə etmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Şərq–Qərb və Şimal–Cənub marşrutlarının ölkəmizdən keçməsi tranzit və logistika potensialımızı əhəmiyyətli dərəcədə artırır. Son illərdə həyata keçirilən infrastruktur layihələri – müasir avtomobil yolları, dəmir yolları, hava limanları və Xəzər dənizi üzərində qurulan logistika imkanları bu strateji üstünlüyü real iqtisadi gücə çevirir.
Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, coğrafiüstünlük yalnız fiziki infrastrukturla məhdudlaşmamalıdır. Bupotensial müasir rəqəmsal həllərlə tamamlanmalı, idarəetmə sistemləri çevik və şəffaf olmalıdır. Dövlət başçısı vurğulamışdırki, Azərbaycan həm tranzit mərkəzi, həm də rəqəmsal platformakimi regionda lider mövqeyə yüksəlməlidir.
Xəzər dənizinə çıxışımız və regionun geosiyasi mərkəzində yerləşməyimiz ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Enerji və nəqliyyat layihələri Azərbaycanın qlobaliqtisadi sistemdə rolunu daha da möhkəmləndirir.
Azərbaycanın coğrafi mövqeyi təkcə xəritədə yerləşmə deyil, strateji üstünlük, iqtisadi imkan və siyasi güc amilidir.Uzaqgörən siyasət və məqsədyönlü islahatlar nəticəsində buüstünlük ölkəmizin davamlı inkişafının əsas sütunlarından birinə çevrilmişdir.
YAP Qubadlı rayon təşkilatının sədri: Təhmasib Rüstəmov