PDF Oxu

Siyasət

  • 1 186

"Orduda aparılan bütün islahatlar hərb elminin qanunlarına uyğun aparılır" - HƏRBİ EKSPERT DANIŞDI

image

"Orduda aparılan bütün islahatlar, təlimlər, təhsil proqramı hamısı, hərb elminin qanunlarına uyğun aparılır. Yeni müasir texnologiya nəzərə alınır, müasir çağırışlar nəzərə alınır, təhlillər aparılır. Bu sahə üzrə məşğul olan xüsusi mütəxəssislər var ki, dünyanın ən aparıcı hərbi akademiyalarında təhsil alıblar, kurslar keçiblər". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.Onun sözlərinə görə, Azərbaycanın özünün hərbi təhsil sistemi yüksək səviyyədədir, hərbi akademiyası var, təhsil mərkəzi var, hərbi institutlar var, bu üzrə ayrı-ayrı araşdırma institutları var, təhlillər aparılır: "Bütün məsələlər burada nəzərə alınır. Bu məsələlər mənəvi-psixoloji məsələdən tutumuş, əsgərə fiziki hazırlığına qədər, müxtəlif ixtisaslara qədər, gənc əsgər hazırlıqdan sonra ardınca onlar müxtəlif ixtisasları üzrə hazırlıqları başlayır. Fərdi əsgər hazırlıqdan tutmuş, nazirliklərin yəni bura aid olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidmətinin Qoşunları və s. qoşunlarına çağırılan səfərbərlikə hərbi xidmətə çağrılan əsgərlərlə birgə təlimlər keçirilir. Fərdi əsgər hazırlığı, taqım hazırlığı, bölük hazırlığı, hərbi hissə, birləşmə və nazirliyin ümumilikdə böyük bir vəhdət təşkil edir. Fərqli xidmətlər üçün hərbiçilər hazırlanır. Burada müddətdən artıq hərbi qulluqçuların iştirakı, zabitlərin, gizirlərin və fərdi əsgərlərin bir yerdə kompleks hazırlığlarının, xüsusən gənc əsgərlər hazırlığı məsələsi də, böyük rol oynayır. Bunlar hamısı bir yerdə kompleks həyata keçirilir. Bundan əlavə, hazırda orduda tətbiq olunan təlim proqramlarında rəqəmsal simulyasiyalar, virtual döyüş ssenariləri və döyüş taktikasının real şəraitdə sınağı da həyata keçirilir. Hərbi hissələr arasında əməkdaşlıq, təcrübə mübadiləsi və komandirlər səviyyəsində koordinasiya daim inkişaf etdirilir. Bu, gənc əsgərlərin yalnız fiziki və taktiki hazırlığını artırmır, həm də qərarvermə bacarıqlarını, liderlik keyfiyyətlərini və komandada işləmə qabiliyyətlərini gücləndirir.Belə yanaşma nəticəsində Azərbaycan Ordusu müasir çağırışlara hazır, çevik və yüksək döyüş qabiliyyətinə malik qüvvələr formalaşdırır. Eyni zamanda, bu sistem zabitlərin və mütəxəssislərin peşəkarlığını artırmaqla, ölkənin müdafiə potensialını da daha da gücləndirir".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər