PDF Oxu

Siyasət

  • 557

Enerji təhlükəsizliyindən qlobal tərəfdaşlığa: Azərbaycanın güclü enerji strategiyası - ŞƏRH

image

Bu gün Azərbaycan enerji sahəsində tam özünütəminetmə modelini uğurla formalaşdırmış ölkələrdən biridir. Ölkə yalnız daxili tələbatını bütün əsas enerji mənbələri – neft, təbii qaz və elektrik enerjisi ilə tam şəkildə ödəməklə kifayətlənmir, eyni zamanda bu resursları beynəlxalq bazarlara ixrac edərək qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Müstəqillik illərində həyata keçirilən uzaqgörən enerji siyasəti Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Xəzər hövzəsində zəngin karbohidrogen ehtiyatlarının səmərəli istismarı, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr ölkəni Avropanın enerji təminatında etibarlı tərəfdaşa çevirib.

Eyni zamanda, Azərbaycan son illər bərpa olunan enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirir. Günəş və külək enerjisi layihələri enerji balansının şaxələndirilməsinə, “yaşıl enerji” strategiyasının gücləndirilməsinə və ekoloji dayanıqlığın təmininə xidmət edir. Bu isə ölkənin enerji sektorunda yalnız ixracatçı deyil, həm də innovativ və məsuliyyətli aktor olduğunu göstərir.

Enerji sahəsində əldə edilən uğurlar iqtisadi sabitliyin əsas dayaqlarından biridir. Enerji ixracından əldə olunan gəlirlər infrastrukturun yenilənməsinə, sosial layihələrin həyata keçirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilir.

Beləliklə, Azərbaycan bu gün enerji təhlükəsizliyini tam təmin etmiş, eyni zamanda beynəlxalq enerji bazarında söz sahibi olan güclü və etibarlı tərəfdaş kimi çıxış edir. Bu strategiya ölkənin həm iqtisadi, həm də geosiyasi mövqeyini daha da möhkəmləndirir.

Süleyman Tağıyev

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər