Ermənistanda bu ilin yayında keçiriləcək parlament seçkilərində səsvermə hüququna 2,48 milyon vətəndaş malikdir. Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib. Məlumata görə, ən çox seçici İrəvanda qeydiyyata alınıb - 843 278 nəfər.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri cari il iyunun 7-də keçiriləcək.
Mətləb