XXI əsrdə dövlətlərin gücü artıq yalnız təbii resurslar, coğrafi mövqe və ya hərbi potensialla ölçülmür. Yeni dövrün əsas göstəricisi texnoloji üstünlükdür. Xüsusilə süni intellekt, böyük verilənlər bulud texnologiyaları və data mərkəzləri ölkələrin iqtisadi, siyasi və sosial inkişaf trayektoriyasını müəyyən edən əsas faktorlara çevrilmişdir. Rəqəmsallaşma artıq seçim deyil, strateji zərurətdir.
Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqəti göstərir ki, Azərbaycanın əsas məqsədi texnologiyanı idxal edən ölkə olmaq deyil, texnologiya yaradan ölkəyə çevrilməkdir”, o vruğulayıb. O həmçinin qeyd edib ki, müasir dünyada təhlükəsizlik yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır: “Kiber təhlükəsizlik, informasiya təhlükəsizliyi və texnoloji müstəqillik dövlətlərin gücünü müəyyən edən əsas amillərə çevrilib.
Süni intellektin müdafiə və təhlükəsizlik sahəsində tətbiqi ölkənin dayanıqlığını və strateji üstünlüyünü gücləndirir. Prezident İlham Əliyevin siyasətinin ana xəttində dayanan əsas ideya aydındır: Azərbaycan gələcəyin çağırışlarına hazır olmalıdır. Bu isə yalnız iqtisadi artım deyil, texnoloji transformasiya deməkdir.
Fevralın 11-də dövlət başçısının “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər rəqəmsal inkişafın artıq ayrıca sektor deyil, ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi kimi qəbul edildiyini göstərir. Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatlarının ölkələrin gələcək mövqeyini müəyyən edən əsas amillər sırasında qeyd olunması Azərbaycanın bu sahədə uzunmüddətli hədəflər müəyyənləşdirdiyini təsdiqləyir. Xüsusilə enerji generasiya gücü və sərbəst potensialın data mərkəzləri üçün baza kimi qiymətləndirilməsi məsələyə strateji baxışın göstəricisidir.
Rəqəmsal arxitektura, yeni inkişaf modelidir. Süni intellekt isə yeni güc mənbəyidir. Data mərkəzləri də yeni enerji infrastrukturu kimidir. Azərbaycan artıq yeni dövrün astanasında dayanır. Gələcəyin inkişaf xəritəsi artıq kağız üzərində deyil, rəqəmsal platformalarda formalaşır. Süni intellekt və yüksək texnologiyalar dövlətlərin iqtisadi modelini, idarəetmə mexanizmini və beynəlxalq mövqeyini yenidən müəyyən edir.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı