Bir müddət öncə siyasi şərhçi, türk dünyası ilə bağlı geniş fəaliyyətləri ilə seçilən Azər Həsrət qardaş Qazaxıstan ictimaiyyətinə rus dilində videomüraciət yaymışdı.
https://www.youtube.com/watch?v=41j0Xc2BB6E
Müraciət Qazaxıstanda martın 15-nə nəzərdə tutulan Konstitusiya referendumu ilə bağlı idi. Məsələ ondadır ki, qardaş ölkənin yeni Konstitusiyasının layihəsində yenə də yabançı rus dilinə rəsmi status verilir.
https://www.facebook.com/share/v/1G65z4robZ
Azər Həsrət işğalçı rusların dilinə müstəqilliyinin 35-ci ilində olan qardaş ölkədə hələ də rəsmi statusun saxlanılmasını qəbuledilməz hesab edir. O, bu mövqeyini qazax qardaş və bacılarla da paylaşıb.
https://vt.tiktok.com/ZSmAaJ5fn
Maraqlıdır ki, sözügedən videomüraciətə Azər Həsrətin təkcə TikTok hesabında yarım milyona yaxın baxış olub. Bu baxışların 80 faizindən çoxu Qazaxıstandandır.
O da maraqlıdır ki, bəzi izləyicilər Azər Həsrətə qazaxlara müraciəti rusca paylaşmasını irad tutub. Bunu nəzərə alan siyasi şərhçi növbəti müraciətini qazax dilində hazırlayaraq təqdim edib. Video “Ресейге өз орнын көрсету үшін орыс тіліне «жоқ» деп айтыңыздар” (“Rusiyaya öz yerini göstərmək üçün rus dilinə “yox” deyin”) başlığı ilə yayımlanıb.
https://www.youtube.com/watch?v=PB1X7tCdfzk
Onun qazax dilində videosu da yetərincə ilgi görüb, bəyənilib. TikTok hesabında bu videoya iki günə 95 faizi Qazaxıstandan olmaqla 45 minədək baxış olub.
https://vt.tiktok.com/ZSmhptonD
Sözügedən videolar Azər Həsrətin Facebook və Youtube hesablarında da yayımlanıb, diqqət cəlb edib.
https://www.facebook.com/share/v/1GiVdoHRWg
Əlavə edək ki, hər iki videoya minlərlə şərh yazılıb. Demək olar ki, şərhlərin hamısında qazax izləyicilər yabançı rus dilinə Qazaxıstan Konstitusiyasında yer olmadığını vurğulayıb, mövqeyinə görə Azər Həsrətin şəxsində Azərbaycana təşəkkür ediblər.
Üstəlik, qazax izləyiciləri Azər Həsrətin videolarını sosial media hesablarından endirərək müxtəlif qrup və hesablarda geniş yayıblar.