PDF Oxu

Siyasət

  • 1 331

"Etimadı doğrultmayan kadrlar yenilənir" - DEPUTAT

image

"Azərbaycan dövləti son illərdə ciddi siyasi və iqtisadi uğurlar əldə edib. Bu nailiyyətlər yalnız mərkəzi səviyyədə qəbul olunan qərarlarla deyil, eyni zamanda həmin qərarların effektiv və ardıcıl icrası ilə mümkün olub. Çünki istənilən strategiyanın real nəticə verməsi üçün onun düzgün icrası əsas şərtdir".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev vəzifəyə təyin etdiyi kadrlara mütəmadi olaraq xalqın yanında olmağı, özlərini dövlət məmuru deyil, xalqın xidmətçisi kimi görməyi tövsiyə edir: "Dövlət qulluğunun əsas missiyası xalq–dövlət birliyini möhkəmləndirmək, insanların sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımları dəstəkləmək və həyata keçirilən siyasətin mahiyyətini cəmiyyətə düzgün çatdırmaqdır.Məhz bu yanaşma çərçivəsində kadr islahatları davamlı xarakter daşıyır və ardıcıl şəkildə həyata keçirilir. Etimadı doğrultmayan, müasir idarəetmə tələblərinə cavab verməyən şəxslər yeniləri ilə əvəz olunur. Xüsusilə gənc, peşəkar, müasir dünyagörüşünə malik və nəticəyönümlü kadrların irəli çəkilməsi prioritet istiqamətlərdəndir. Bununla yanaşı, idarəetmə təcrübəsinə malik şəxslərin də prosesə cəlb olunması balanslı və effektiv modelin formalaşmasına xidmət edir. Yeni təyinatlar dövlət qurumlarının müasirləşdirilməsinə, şəffaflığın artırılmasına və idarəetmədə çevikliyin təmin olunmasına xidmət edir. Bu isə, öz növbəsində, dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə və vətəndaş məmnuniyyətinin artmasına birbaşa təsir göstərir.Ümumilikdə, kadr islahatlarına məhz bu prizmadan yanaşmaq lazımdır. Dövlət siyasətinin effektiv icrası üçün vəzifəsini layiqincə yerinə yetirməyən və ya ictimai etimadı itirən kadrların yenilənməsi təbii və zəruri prosesdir. Yeni kadrların əsas vəzifəsi dövlət siyasətini düzgün icra etmək, xalqa xidmət göstərmək və xalq–dövlət birliyinin daha da möhkəmlənməsinə töhfə verməkdir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər