PDF Oxu

Siyasət

  • 452

Belaruslu blogerin Emin Hüseynov haqqında dedikləri gündəm oldu - TƏHLİL

image

Mehman Hüseynov: “Mənim anam ermənidir, nə olsun ki?”

Azərbaycan güclənir və gücləndikcə məkrli daxili və xarici qüvvələr ölkəmizə qarşı çirkin kampaniyanı daha da genişləndirir, lüzumsuz ittihamlarının sayını artırır. İstək və xəyali arzu da ondan ibarətdir ki, bu yolla Azərbaycanın dünya miqyasında formalaşmış müsbət imicini ləkələyə bilərlər. Məkrli niyyətin reallaşması mümkün olmasa da, Fransa, Rusiya, fars-molla rejimi kimi totalitar rejimlərin xüsusi xidmət orqanları Azərbaycana qarşı məkrli planlarını həyata keçirməkdən əl çəkmirlər. Özlərinin müxtəlif qərarlarının və çağırışlarının bir işə yaramadığını anladıqlarından Azərbaycanda doğulub, çörəyini yeyib, suyunu içən İlqar Hacıyev, Qənimət Zayidov, Qabil Məmmədov, Emin və Mehman Hüseynov qardaşları, İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Tural Sadıqlı, Arif Məmmədov, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Orxan Ağayev, Qurban Məmmədov və digərlərindən istifadə etməkdən çəkinmirlər. Bu arada sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun xaricdəki antimilli ünsürlər haqqında açıqladığı fakt müəyyən məsələyə aydınlıq gətirmiş oldu. O mənada ki, həqiqətən də xaricdəki antimilli ünsürlərin əksəriyyəti Fransanın, Rusiyanın, fars-molla rejiminin xüsusi xidmət orqanlarının təsiri altındadırlar. Yəni onların sifarişləri əsasında Tural Sadıqlı, Emin və Mehman Hüseynov qardaşları, Qabil Məmmədov və digərləri Azərbaycana qarşı casus fəaliyyəti göstərmələri və əxlaqsız ifadələr səsləndirmələri təsadüfi deyil. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mətbuata açıqlamasında deyir: “Hər kəsə aydındır ki, Mehman və Emin Hüseynov qardaşları qəsdən Rusiya kəşfiyyat xidmətlərinin Azərbaycana qarşı informasiya hücumunun alətinə çevriliblər”. Onun sözlərinə görə. Mehman və Emin Hüseynov qardaşları “Qərbi Avropa”da yerləşməsi. sadəcə, “əfsanənin” bir hissəsidir, yəni maskalanmadır: “Ruben Vardanyan haqqında çəkilmiş film Kremlə göstərdi ki, rus oliqarxları üçün ən böyük risk pullarını gizlədən sistemlərin ifşa olunmasıdır. Düşünürəm ki, hökm çıxarıldıqdan sonra artıq öz himayədarlarına ümid etməyə dəymədiyini anlayan Vardanyan daha konkret, sənədlərlə, tarixlər və rəqəmlərlə danışacaq. Üstəlik, bu “səmimilik” böyük ehtimalla Rusiyada siyasi səhnənin dəyişməsinə hazırlaşan qüvvələr üçün güclü təbliğat alətinə çevriləcək. Vardanyanla bağlı sənədlər də Epşteynin dosyeləri kimi “studiyaya” çıxarılacaq. Gözləyirik”.

Belaruslu videobloger Alaksey Yefremenko iddia edir ki, E.Hüseynov tez-tez barlara baş vurur və qadınsayağı rəqslər edir

Hər kəsi öz adı və ləqəbi ilə çağırırlar. E.Hüseynov da arvad paltarı geyinib, səfirlikdə gizləndiyinə görə ömrünün sonuna qədər alnındakı damğanı silə bilməyəcək. 2014-cü ildə Baş Prokurorluq Emin Hüseynova Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edib. Onun barəsində məhkəmənin 19 avqust 2014-cü il qərarı ilə həbs qətimkan tədbiri seçilərək, axtarış elan edilib.

Emin Hüseynovun qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1 575 956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247 551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayındığı müəyyən edilib. Eyni zamanda, onun işçilərinə yüksək əmək haqqıya qol çəkdirərək, çox aşağı məbləğdə vəsait ödədiyi, onların hüquqlarını pozduğu, həmçinin ayrılan qrantları mənimsədiyi haqqında RATİ əməkdaşları özləri ictimai şəkildə açıqlamalar vermişdilər.

Bu məxluq həbs ediləcəyindən qorxuya düşərək erməni kökənli xislətini, yəni qorxaqlığını ortaya qoyur. O, arvad paltarı geyinərək 10 ay İsveçrə səfirliyində gizlənir. Bu barədə Azərbaycan mətbuatı deyil, E.Hüseynovun maliyyə yardımları aldığı mərkəz tərəfindən idarə olunan "Azadlıq radiosu" məlumat yaymışdır. 2015-ci il 12 fevralında isə İsveçrənin SRF telekanalında yayımlanan “Rundschau” verilişində E.Hüseynovun üzünə pudra, əyninə arvad paltarı geyinərək səfirlikdə gizlənməsindən xəbər paylaşmışdı. "Azadlıq radiosu" və İsveçrənin SRF telekanalında yayımlanan “Rundschau” verlişində qeyd edilir ki, E.Hüseynov xarici görkəmini tam dəyişdi, saçını rənglədi, fərqli paltar geyindi: “Emin hətta adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdı”.

Məlumatlara görə, E.Hüseynov bəzi hallarda arvad paltarı geyinir, üzünə pudra çəkir, saçlarını rəngləyir və Almaniyanın küçələrində dolaşır. Onu bu vəziyyətdə İsveçrədə də görənlər olub. Belaruslu videobloger Alaksey Yefremenko iddia edir ki, E.Hüseynov tez-tez barlara baş vurur və qadınsayağı rəqslər edir.

Qardaşlar analarının erməni olmasını gizlətmirlər

Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, Emin və Mehman Hüseynov qardaşları Fransa və Rusiya xüsusi xidmət orqanlarının ən əziz agentləri olaraq tanınırlar. Təbii ki, sevimli agent olaraq qəbul edilmələrinin də əsas səbəbi analarının erməni olmasıdır. Erməni diasporu qardaşların bir köynək onlara yaxın olmasını əsas gətirərək onlara hər cür dəstəyi göstərir. 2025-ci ilin yanvarında Emin Hüseynovun İrəvana üç günlük səfər etməsi də təsadüfi deyil. O zaman E.Hüseynov səfəri gizli saxlamağa çalışsa da, Yeravanda onu görən ukraynalı bloger Vitali Ofanasev sonradan sosial media üzərindən məlumat yaymışdır. Bu isə bir daha onu təsdiq edir ki, qardaşlar əmdikləri südə xəyanət etmirlər hər məqamda erməni maraqlarını qorumağa, təbliğ etməyə çalışırlar. Düzdür, bir mərhələdə E.Hüseynov anası Firəngiz Hüseynovanın erməni deyil, tatar olduğuna işarələr vurmuşdu. Lakin araşdırmalarla sübuta yetirildi ki, 1947-ci ildə Bakıda anadan olan Firəngiz İbrahim qızı Hüseynova əvvəlki ad və soyadı Yevgeniya Qriqoryevna Ovanesova olub. Arxiv sənədlərində Yevgeniya Ovanesovanın (Firəngiz Hüseynova) anası miliyyətcə erməni olan Arfeniya Sergeyevna Ovanesova kimi qeyd edilib. Yevgeniya Ovanesovanın qızlıq soyadının Bədirzadə kimi qeyd olunmasına səbəb onun İbrahim Bədirzadə və Taynulina Mariya Yarullayevna (1912-ci ildə Rusiyanın Stavropol şəhərində anadan olan Krım tatarı) tərəfindən övladlığa götürülməsidir. Yevgeniya Ovanesovanın adı 1967-ci ildə 20 yaşı olanda Qazaxıstanın Kostanay şəhərinin nikah dairəsində Firəngiz olaraq dəyişdirilib. 2018-ci ilin avqustunda vəfat edən Yevgeniya Ovanesova Suraxanı rayonunun Əmircan qəsəbəsi yaxınlığında yerləşən və camaat arasında “Tatar qəbiristanlığı” adlanan məzarlıqda dəfn olunub. Onun məzar daşında Firəngiz Hüseynova yox, “Frəngiz İbrahim qızı” yazılması diqqət çəkir. Həmin məzarlıqda xeyli sayda və kompakt şəkildə erməni qəbirləri var. Hüseynov qardaşları analarının tatar əsilli olduğunu iddia etsələr də, sənədlər onun erməni əsilli olduğunu təsdiqləyir.

Emin və Mehman Hüseynovlar analarının erməni olmasını təkzib etmirlər

Fakt qarşısında geri çəkilməyə məcbur olan Emin Hüseynov Sevinc Osmanıqızının TV-sində bildirib ki, onun erməni dostları daha çoxdur, nəinki azərbaycanlılar: “Mən erməni dostlarıma, mənə dəstək verən Avropanın erməni təşkilatlarına təşəkkür edirəm”. Hələ uşaq ikən pozulan Mehman Hüseynov isə “bəli, anam milliyyətçə ermənidir, nə olsun ki?” - deyə bildirib. Təbii ki, burada qəbahət heç bir şey yoxdur. Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Eyni zamanda hazırda 40 erməni Qarabağda o dünyaya yollanmaq üçün biletlərini gözləyirlər. Heç vaxt onlara qarşı ayrı-seçkilik olmayıb. Çünki Azərbaycan dünyəvi, hüquqi, demokratik dövlətdir. Bu baxımdan Emin və Mehman qardaşları analarının erməni olmasına görə qınaq obyekti olduqlarını iddia etmələri əsassızdır. Sadəcə, şübhə doğuran hal ondan ibarətdir ki, niyə Mehman və Emin qardaşları erməni keşişləri və revanşistləri kimi pozucu fikirlər söyləyirlər. Nədən Azərbaycana qarşı cəsusluq edirlər, əxlaqsız ifadələr səsləndirib, videolar paylaşırlar? Axı onlar erməni qadının südünü əmsələr də, Azərbaycanın çörəyini yeyiblər, suyunu içiblər. Görünür əmdikləri süd və aldıqları tərbiyə daha üstün olub. Gücüm Mehman və Emin qardaşlarının qulaqlarını burub, boş başlarına şillə vurmağa çatmasa da, imkanım “yediyiniz Azərbaycan çörəyi haramınız olsun”.- deyə söyləməyə çatır.

İLHAM ƏLİYEV

Digər xəbərlər