Məhkəmə-Hüquq Şurasının iclasında 34 hakimliyə namizədin təyinatı üçün təkliflər hazırlanması barədə qərar qəbul olunub.SİA-nın məlumatına görə, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hazırda yeni nəsil korpusun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim proseslərinin şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etdirildiyini bildiribİclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin sədri Vidadi Cəfərov hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə ətraflı məlumat təqdim edib.Sonra müsabiqəni uğurla başa vurmuş 34 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.Həmçinin Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb. Hakimin xidməti vəsiqəsinin və Məhkəmə-Hüquq Şurasının rəsmi embleminin təsviri və nümunələri təsdiq edilib.