PDF Oxu

Siyasət

  • 1 432

Sosial-iqtisadi inkişafın zirvəsində - FOTO

image

Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan dünya miqyasında iqtisadi, sosial, siyasi, hərbi və digər sahələr üzrə sürətlə inkişaf edən ən qabaqcıl ölkələrdəndir. Təbii ki, həyata keçirilən fundamental inkişafın əsasını fenomen siyasətin aparılması dayanır. Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, beynəlxalq qayda və qanunlara, milli mənafeyə uyğun siyasətin aparılması Azərbaycan dövlətinə möhtəşəm uğurlar, qələbələr gətirib. Xüsusilə də, son illər ölkə üzrə ümumi daxili məhsulun həcmi dəfələrlə artıb, iqtisadiyyatın müxtəlif sahələrinə xarici investisiya qoyuluşu ötən illərlə müqayisədə bir neçə dəfə yüksəlib. Həm də son illər ərzində ölkədə 1, 5 milyona yaxın iş yeri yaradılıb ki, onlarında 1 milyona yaxını daimi iş yerləridir. Ölkə üzrə yoxsulluq həddi 3, 5 faizə düşüb, aztəminatlı əhali qruplarına ünvanlı sosial yardımların ayrılması, Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə, qazilərə yardımların göstərilməsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi müsbət işlərdəndir. Hər bir inkişaf, böyük uğur Azərbaycan dövlətinin dünyada rolunun və mövqeyinin möhkəmlənməsinə, xalqın maddi-sosial vəziyyətinin daha da yaxşılaşmasına təkan verir. Bunun nəticəsidir ki, dünyada sosial-iqtisadi təminat baxımdan Azərbaycan əhalisi ön sıralarda qərarlaşır.

Ərazilərin abadlaşmasında bələdiyyələrin müsbət fəaliyyəti

Həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurla icrası nəticəsində hər bir kənd və qəsəbələrdə müasir dövrün tələblərinə uyğun irəliləyişlərə nail olunub. Bölgələrdə yeni iş yerləri yaradılıb, insanların asudə vaxtlarının səmərəli keçirilməsi üçün park və xiyabanlar, istirahət mərkəzləri salınıb. Sevindirici hal ondan ibarətdir ki, şəhərlərin, kənd və qəsəbələrin müasir dövrün tələblərinə, dövlətin siyasi kursuna uyğun qurulmasında bələdiyyələr də müstəsna rol oynayırlar. Azərbaycanın yerli özünüidarəetmə orqanları olan bələdiyyələr insanların mənafeləri naminə və yerli əhəmiyyətli məsələlərin həllində xüsusi fəallıq göstərirlər. Bu baxımdan ictimaiyyət arasında bələdiyyələrə etimad və etibar artmaqdadır. Abşeron rayonu Məmmədli bələdiyyəsi də qəsəbə sakinləri arasında özünə hörmət və rəğbət qazandıran bələdiyyələrdəndir. Qəsəbə bələdiyyəsi səlahiyyətləri çərçivəsində konkret işlər görür, ərazi sərhədləri daxilində yaşıllıqların salınmasında, təmizlik işlərinin görülməsində, abadlıq və infrastruktur layihələrin icrasında fəallığı ilə seçilir. Bu baxımdan qəsəbə sakinləri yeni formalaşan bələdiyyədən, xüsusilə bələdiyyə sədri Ceyhun Ələskərovdan razılıqlarını ifadə edirlər.

Məmmədli bələdiyyəsi yeni inkişaf modeli ilə seçilir

Məmmədli bələdiyyəsinin sədri Ceyhun Ələskərov qəsəbənin inkişafına xidmət edən bir sıra məsələlərin həlli istiqamətində əməli addımlar atır. İllərdir sakinləri narahat edən qəsəbənin küçələrarası yollarının əsaslı şəkil də təmiri, kanalizasiya sisteminin yenidən qurulması, ətraf ərazilərin abadlaşdırılması, kommunal problemlərin aradan qaldırılması istiqamətində işlərin görülməsi sakinlər tərəfindən məmnunluq yaradıb Xüsusilə də, uzun illər insanlara çətinliklər yaradan, yağışlı havalarda vəziyyəti daha da ağırlaşdıran kanalizasiya problemlərinin mərhələli şəkildə aradan qaldırılır. Qısa müddət ərzində 15-dən artıq nöqtədə problem həll olunub ki, bu da sakinlərin gündəlik həyatına birbaşa müsbət təsir göstərib.

Bununla yanaşı, bələdiyyədə sakinlərlə mütəmadi görüşlərin keçirilməsi, onların müraciət və təkliflərinin dinlənilməsi yerli idarəetmədə açıq dialoq mühitinin formalaşmasına şərait yaradır. Qəsəbə əhalisi üçün əsas önəm daşıyan məsələlərin diqqətdənkənar qalmaması, təklif və şikayətlərə operativ yanaşılması və nəzarət mexanizmlərinin gücləndirilməsi qəsəbə bələdiyyəsinin idarəçilik üslubunun əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilir.

Məlum faktdır ki, Bələdiyyə büdcəsinin əsasını vergi ödənişləri təşkil edir. Bu məsələnin kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun həll istiqamətində Məmmədli sakinləri arasında maarifləndirmə tədbirləri həyata keçirilir. Nəticə isə uğurludur. Artıq qəsəbə sakinləri ərazinin inkişafına, abadılaşmasına xidmət edəcək işlərin həyata keçirilməsi üçün könüllü olaraq vergi ödənişlərini həyata keçirirlər.

Məmmədli bələdiyyəsi ərazində yeni layihələrin icrası nəzərdə tutulur. Bununla bağlı qəsəbə sakinləri ilə müzakirələr aparılır və təkliflər, ideyalar dinlənilir. Sakinlər ümid edirlər ki, başlanılan layihələr yaxın zamanda daha geniş miqyas alacaq və Məmmədli qəsəbəsi daha abad, rahat və nümunəvi yaşayış məntəqələrindən birinə çevriləcək.

Həmidova Sona Zakir qızı,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Məmmədli bələdiyyəsinin üzvü

Digər xəbərlər