PDF Oxu

Siyasət

  • 535

Gədəbəydə hesabat yığıncağı keçirilib - FOTOLAR

image

YAP Gədəbəydə rayon təşkilatının Qoşabulaq kənd ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilib.Yığıncaqda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günədək ölkəmizin ictimai-siyasi həyatında aparıcı və həlledici rol oynadığını bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs cənab Prezident, YAP-ın Sədri İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Bu siyasətin nəticəsində Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolu keçmiş, regionun lider dövlətinə çevrilmişdir.

Rüstəm Nağıyev həmçinin vurğulayıb ki, cənab Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti sayəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, əhalinin rifah halı yüksəlmiş, təhsil, səhiyyə və sosial təminat sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması və ölkəmizin beynəlxalq nüfuzunun daha da artması Yeni Azərbaycan Partiyasının siyasi xəttinin düzgünlüyünü bir daha təsdiqləyir.

Yığıncaqda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib. ərazi partiya təşkilatının sədri Zəkiyyə Həsənova hesabat məruzəsi ilə çıxış etdi. ƏPT sədri Zəkiyyə Həsənova ərazi partiya təşkilatlarının partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin icrası, ictimai-siyasi və mədəni tədbirlərdə iştirakı, partiya üzvlərinin fəallığının artırılması və ideoloji fəaliyyətin təşkili barədə ətraflı məlumat verdi.

Çıxış edən partiya üzvləri Nuray Hüseynova və Ayla Musayeva bildiriblər ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttə sadiq qalaraq bu gün də ölkəmizin inkişafına mühüm töhfələr verir. Qeyd olunub ki, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın davamlı tərəqqisini və beynəlxalq nüfuzunun artmasını təmin edib. Çıxışlarda həmçinin, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin xalqın rifahının yüksəldilməsinə, sosial-iqtisadi islahatların ardıcıl şəkildə həyata keçirilməsinə və sabitliyin qorunmasına xidmət etdiyi vurğulanıb.

Digər xəbərlər