Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təsis olunmasının 33-cü il dönümü münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır” adlı tədbir keçirilir.SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra YAP-a həsr olunmuş video-çarx nümayiş olunub.Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin üzvü və 91-lərin nümayəndəsi, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Milli Məclisin üzvü Nigar Arpadarai, YAP Veteranlar Şurasının üzvü və Auditorlar Palatasının sədri, iqtisad elmlər doktoru Vahid Novruzov, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşımova, YAP mərkəzi aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, şəhid Murad Qurbanovun anası Mehriban xanım və Qarabağ müharibəsi qazisi Ramin Şirinov iştirak edirlər.
Müəllif: Günel Fərzəliyeva